Bir gecədə 59 evə mərmi düşdü – Ağdamdan fotolar

Müəllif: Redaktor

Editor

4c3a309a-0c63-410a-89cd-edb2ae0ff6e7“Ermənilərin ağır silahlardan atəşi nəticəsində Ağdam rayonunda 59 evə ziyan dəyib, 12 ev tamamilə dağıdılıb, 1 ev yanaraq kül olub”.

Yenicag.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Ağdam Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Raqub Məmmədov bildirib.

O qeyd edib ki, aprelin 1-dən bugünədək olan hadisələrin ən ağırı ayın 27-dən 28-nə keçən gecə olub: “Bu gecə atılan mərmilərin sayını konkret olaraq demək mümkün deyil. Rayon ərazisinə yüzlərlə mərmi düşüb. Onlarla ev dağılıb, yüzlərlə mal-qara qırılıb”.

İcra başçısının sözlərinə görə, aprelin əvvəlindən rayonun Qaradağlı kəndində 27, Zəngişalı-Mahrızlıda 5 ev, Çəmənlidə 3 ev, Əfətlidə 7 ev dağıdılıb: “Hazırda araşdırma gedir, ola bilsin ki, bu rəqəmlər artsın. Bu gecədən səhər saat 5-ə qədər kəndlər artilleriyadan atəşə tutulub, kənddə nəyisə nəzarətdə saxlamaq mümkün olmayıb. Saat 5-dən etibarən isə bizim nümayəndələr, Rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri kəndlərə göndərilib. Hazırda kəndlərə nə qədər ziyan dəyməsi ilə bağlı son məlumatlar toplanır, rəqəmlər dəqiqləşdirilir”.


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır