Bir gündə 3 intihar

Bir gündə 3 intihar

Müəllif: Baş Redaktor

Baş Redaktor

1369114137_intiharÖtən gecə Beyləqan rayonunda 50 yaşlı qadının asılmış meyidi tapılıb. Beyləqan rayon prokurorunun böyük köməkçisi Rəfail Şahbələdovun verdiyi məlumata görə, saat 04:00-da 1964-cü il təvəllüdlü Nazilə Oruc qızı Ağayevanın asılmış meyidi qadının yaxınları onun meyidini həyətdə ağacdan asılmış halda tapıblar. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Araşdırmalar zamanı onun intihar etdiyi məlum olub.
Qadının ruhi xəstə olduğu bildirilir.

Digər hadisə isə İmişli rayonunda qeydə alınıb. İmişli rayon prokurorluğunun böyük müstəntiqi Elşad Əzimovun Anspress-ə verdiyi məlumata görə, İmişli rayon Otuziki kənd sakini 1985-ci il təvəllüdlü Əsgərov Rauf Cəmil oğlu işlədiyi fermada özünü asıb.

Başqa bir hadisə isə Bakının Nərimanov rayonu ərazisində baş verib. Rayon Prokurorluğundan verilən məlumata görə, 33 yaşlı Rafiq Əmirquliyevin meyiti Ağa Nemətulla küçəsi 78 ünvanında aşkarlanıb. Onun binadan özünü atdığı ehtimal olunur.
Milli.az məlumat əldə edib ki, R.Əmirquliyev SOCAR-da menecer işləyib. Gecə saat 04 radələrində onun meyiti binanın qarşısında qan içərisində tapılıb.

R.Əmirquliyevin özünə qəsd etməsinin səbəbi cibindən çıxan məktubda yazılıb. O, məktubda külli miqdarda borcu olmasından, ailəsinin onu atıb getməsindən tutmuş içkiyə qurşanmağına, bərbad həyat sürməsinə qədər qeyd edib.

Hər 3 faktla bağlı müvafiq rayon prokurorluqlarında cinayət işi başlanıb, araşdırma aparılır.

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti