Ads by Google

hightechnic
Ads by Google

yesim-salkim-dan-flas-itiraflar---1559920Yenicag.az xəbər verir ki, Türkiyənin məşhur aktrisa və müğənnisi Yeşim Salkım qatıldığı verlişlərdən birində maraqlı açıqlamalar verib.

“İlk boşandığım zaman hər kəsə hücum etmək istəyirdim. Hər boşanma acıdır. Adam gedir, sən evdə qalırsan, evə bir səssizlik çökür. Bu hissləri sözlə ifadə etmək çətindir. Səssizlik qəfil haraya çevrilir. 2002-ci ildə aldadılaraq boşanmışdım. Qadınlar dünyada bir-birinə dost kimi görünsə də, əslində deyillər. Bir qadının ən böyük düşməni qadındır.

Balaca qızım Adanı dünyaya gətirdikdən sonra, əməliyyatla rəhmim alındı. Hakanla mübahisə edirdik, bir günlüyünə gəldi və mən hamilə qaldım. İki uşağımın atasına da çox aşiq olmuşdum.

Aldadıldım, ən yaxın dostlarım kürəyimdən vurdu. Yaşadıqlarım mənə dərs oldu. Həyatda nəyi qınasanız, bu dünyadan onları yaşamadan ölməyəcəksiniz.

Hakanla ayrıldıq amma az qala bizlə yaşayır. Dostuq, yoldaşıq, utanmasam sevgilisini də soruşacam.
Xoşbəxt olmağını istəyirəm. Həyatımda yaşadığım heç bir şeydən peşman deyiləm. Dünyaya yenidən gəlsəm, yenə bu insanları seçərdim, yenə eyni səhvləri edərdim və bu dərsləri alardım “, deyə o bildirib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 370
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.