!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir internat məzununun acılı hekayəsi

!Reklam – Yazi

img-tumacicekenleregelsin-436İradənin bir sözünü həyatım boyu unutmaram: Divarları öpmüşəm inanırsan ? hələ bitməyib amma, elə bilərəm bir dünyadır mənimçün.

Söhbət bir internat məzunun uzun illərdir həsrətini çəkdiyi,hələ tam olaraq tikib bitməsə də, artıq onunçün bir istilik, bir ümid,bir dayaq, olan evndən gedir.. İradə Hüseynova internat məzunudur,o da bir çoxları kimi valideyin laqeyliyinin qurbanlarındandır .Ürəyində doğuluşdan qüsur var deyə Allahın ümidinə buraxan valideynləri nə bilərdi ki, İradə çox şükürlər olsun ki, Allahın izniylə və xeyir sevən insanların,dəyərli insanların köməyi ilə ev-eşik sahibi olacaq.

Onun taleyi ilə sizləri tanış edim: İradə xanım 15 mart 1982 ci ildə Bakı şəhərində anadan olub. Dünyaya gəldikdən 3 ay sonra qüsurlu uşaq olduğunu bilən valideyinləri bir kağıza adını, soyadını və doğum tarixini yazıb, Nizami rayonu 8 km qəsəbəsi S.Rüstəmov küçəsi 66 ünvanında yerləşən 1 saylı körpələr evinə qoyublar . 1982 ildən 1989 cu ilə qədər orda böyüyüb. 1989 cu ildə ibtidai və orta təhsil almaq üçün 1 saylı körpələr evindən Maştağa qəsəbəsindəki 1 saylı xüsusi internat məktəbinə göndərilib .

Anadan gəlmə qüsürlu doğulduğumdan, Ürəyin qulaqcıqarası çəpərinin defekti,agciyər arteryasının stenozu, vegeto-damar distonsiyası, kardionevroz və hər iki aşağı ətrafın varikoz genişlənməsi-xəstəlikləri ilə həftələrlə stasionar mualicədə olubr. İnternata yalnız kardioloq və kardiocərrah nəzarəti altında olmaqla göndərilib. Xəstəliyi imkan vermədiyindən orta məktəbi bitirdikdən sonra ali təhsil ala bilməyib. 2000-ci ildən etibarən ürəyimdə olan ağrılar getdikcə kəskinləşir. Lakin maaddi imknı olmadığından əməliyyat oluna bilməyib, bir müddət xəstəxanada yatdıqdan sonra 2002-ci ildə İnternat məktəbinə gələn xeyirxah insanların maddı dəstəyi ilə Mərkəzi Klinikada ürəyindən əməliyyat olunub.Əməliyyat olunduqdan sonra muxtəlif ailələrdə yaşayıb. Hal- hazırda 2 qrup əlildir,əmək qabiliyyəti yoxdur, ələlliyə görə ayda cəmi 110 manat təqaüd alır.

Aldığı pul dərmanların xərcini belə ödəmir, işə qəbul olmaq üçün müxtəlif yerlərə müraciət edib, lakin əlil olduğundan iş tapa bilmir. Ayaqlarında olan ağrılar normal hərəkət etməyə imkan vermir , onu da qeyd edək ki , daimi yaşayış yeri olmadığı üçün, ikinci qrup əlil olduğu üçün və internat evinin məzunu olduğu üçün Sabunçu Rayonu İcra Hakimiyyəti tərəfindən ona torpaq sahəsi verilib. Buna görə də onlara təşəkür edirik, və hal hazırda həmin torpaq sahəsində İradə xanım , üçün ev tikilir və bu xeyirli işdə ona dəstək olan ANS televizyasının əməkdaşlarını və Sabir bəyi xüsusi ilə qeyd etmək istəyirəm . İradə valideyin qayğısına həsrət böyüsə də , çox şükürlər olsun ki, dəyərli insanlar ona öz sevgisiylə dayaq dururlar. Hal- hazırda İradə xanım , Məlikov adına 6 saylı şəhər xəstəxansında müalicə alır , xüsusi ilə qeyd etmək istəyirəm ki, həkim terapevt Leyla Xanım Həsənova, çox diqqət və nəvazişlə iradəni müalicə üçün qəbul etdi və bildirdi ki , müalicəsi üçün lazım olan peraparatlar xəstəxana tərəfindən təmin ediləcək. Allah yaxşı insanları köməyi olsun daima inşhallah.

İradə , çox çətin və dözüm tələb edən həyat yolu keçib, təbii ki , çətin olan həyatında o daha da layiqli bir insan kimi yetişib, bu heç də asan olmasa da.  Çünki rast gəldiyi hər an yaxşı insanlar olmayıb , amma hər kəs, hamı yalnız bunu unutmammalıdır ki , hər bir insan hər bir əməl ,güc və qüvvət sahibi olan Allahın nəzərlərindədir və hər kəs, etdiyi bütün hərəkətləri üçün cavab vereəcək tanrı qarşısında.Mən övladlarını,hansısa bir səbəbdən ana ,ata sevgisindən məhrum edən valideyiinlərə onu demək istəyirəm ki, heç bir səbəb övladınızı attmağa sizə haqq vermir, çünki yaranan hər bir canlı Allahın ərmağanıdır, onun izniylə yaranıb. Nə qədər ki, gec deyil səhvlərinizi, böyük günahlarınızı azaltmağa çalışın, tərk etdiyninz övladlarınızı axtarıb tapın, onların sevgisini qazanmağa çalışın, tanrının sizlərə bəxş etdikləri üçün nankörluq etməyin. Bunun  cəzası həqiqətən çox dözülməz olacaqdır.

Biz insanlar unutmayaq ki, İradə kimi günahsız bacı-qardaşlarımız çoxdur və çalışaq ki, kömək olaq onlara. Kimi isə sevindirmək insana böyük zövq verirş Bundan əmin olun və bu heç də çətin deyil. Yetər ki,dünaynın sınaq meydanı olduğunu anlayasız və bu zaman inanın ki, göz yaşlarını gülüş səsləri əvəz edəck. Allahın yaratdıqlarını sevin ki, Allah da sizləri sevsin!

Aytən Səfərova

www.yenicag.az

768
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv