“Bir mesajla həyatım dəyişdi” – Fotolar

Müəllif: Redaktor

Editor

showpic_el100 (9)“Yetər” serialının Aylini Pelin Karahan “Hüriyyət”ə müsahibə verib.

Axşam.az-ın məlumatına görə, aktrisa qadına təcavüzdən danışıb:

“İnsan başına gəlmədən onun nə olduğunu bilməz. Şükür ki, bu günə qədər şiddətə məruz qalmadım. Əgər belə halla qarşılaşsam, cəsarətli olmağı seçərəm. Türkiyədə qadın olmaq çətindir. Mənim də çətinliklərim olub. Bu yerlərə asan gəlməmişəm. Uşaq olanda atamla anam ayrıldı. Başımızda bir kişi yox idi. Kirayə pulunu necə ödəyəcəyimi gecə-gündüz düşündüyüm anlar oldu”.

Pelin sürpriz şəkildə nikah masasına oturmasından söz açıb:

“Əslində planımızda bir ildən sonra evlənmək var idi. Övladıma görə tez evləndik. Ali Demir doğulduqdan sonra bir çox şeyi öyrəndim. Həyat yoldaşımla idman zalında tanış olmuşduq. Birlikdə voleybol oynadığımız qrupumuz var. Mən oynayanda özümü yerə yıxıram, dizlərim göyərir. Bir gün Bedri nömrəmi tapıb, “Diz qoruyucuların məndədir” deyə, mesaj yazdı. Kim olduğunu bilmirdim. Yeməyə getmək üçün israr edirdi. Mən də canımı qurtarmaq üçün razılaşdım. Həmin günün səhəri məni ailəsi ilə tanış etdi. Onlara “Evlənəcəyik, uşaqlarımız olacaq” deyirdi. Mən də zarafat kimi qarşılayırdım. Amma nə dedisə, hamısını da etdi. Bir mesajla həyatım dəyişdi”.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır