www.sinerjipro.net

SinerjiProWide
Reklam

Bu gün Türkiyənin Ziraat Bankının Azərbaycandakı nümayəndəsi “Ziraat Bank Azərbaycan”ın Baş Ofisinin rəsmi açılışı oldu.

 

Yenicag.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Türkiyə Ziraat Bankının baş direktoru Hüseyin Aydın 18 ölkə və 195 nöqtədə fəaliyyət göstərdiklərini bildirdi.

 

“Biz buraya Azərbaycanın bank sektorunu inkişaf etdirmək üçün gəlmişik” deyən Hüseyin Aydın çıxışına bu sözlərlə davam etdi:

“Azərbaycanda da fəaliyyət göstərmək bizə çox xoşdur. Bu işdə bizə dəstək verən prezidentlərimizə, nazirlərimizə, Mərkəzi Bank rəhbərliyinə və Azərbaycandakı iş ortaqlarımıza təşəkkür edirik”.

 

Tədbirdə Azərbaycan tərəfindən çıxış edən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov “Türkiyə hər zaman Azərbaycan iqtisadiyyatımızın inkişafına yardım edib”, deyərək, bankın fəaliyyətinə uğurlar arzuladı:

“İnanıram ki, bu bank qardaşlığımıza ciddi töhfə verəcəkdir”.

 

Son çıxışçı Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkci çıxışına “Milli bankların varlığı dövlətin gücünü göstərir” sözləri ilə başladı.

“Həqiqi müstəqillik iqtisadiyyatdan keçir. İqtisadiyyatın müstəqilliyi də bank sektorunun güclü olmasından keçir” deyən Nihat Zeybəkçi prezident Ərdoğanın “Niyə biz ölkələrarası iqtisadi əlaqələrdə milli pullarımızdan istifadə etmirik” iradını xatırlatdı və “Ziraat Bank Azərbaycan”ın bu yöndə ciddi işlər görəcəyinə inandıqlarını ifadə etdi.

Daha sonra qırmızı lenti kəsən qonaqlar Baş Ofis ilə yaxından tanış oldular.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2196
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."