Bir-neçə marşrut ləğv ediləcək – BNA

Müəllif: Redaktor

Editor

7 nömrəli marşrut xəttinin bağlanma səbəbi məlum olub.

Bakı Nəqliyyat Agentliyinin baş direktor müavini Mübariz Abbasov deyib ki, 7 nömrəli marşrut xətti 18 nömrəli marşrut xətti ilə 90-95 faiz üst üstə düşdüyü üçün fəaliyyəti dayandırılıb.

M.Abbasov həmçinin Bakıda bir neçə marşrut xəttinin bağlanacağını və bunun nəqliyyatın optimallaşdırılması çərçivəsində aparılacağını bildirib: “Bakı şəhərində 158 sayda marşrut xətti, 58 daşıyıcı şirkət fəaliyyət göstərir. Aparılan təhlillərdən bəlli olur ki, bir neçə marşrut xəttinin təkrarlanması və üstə-üstə düşməsi halları var”.

M.Abbasov yeni yaradılacaq HUB-lar (Nəqliyyatın Mübadilə Mərkəzi) barədə də məlumat verib.

“Nəqliyyat konsepsiyasının hazırlanmasının birinci mərhələsi başa çatıb. Konsepsiya beynəlxalq mütəxəssislərlə hazırlanıb. Birinci mərhələ şəhər mərkəzinin nəqliyyat problemlərinin həllinə yönəldilib və bu sxem çərçivəsində ilkin olaraq Bakı da 5 HUB-ın təşkili nəzərdə tutulub. Bunlar Koroğluda, Dərnəgüldə, Avtovağzalda, Lökbatan və 28mayda olacaq. HUB-lar Bakıda nəqliyyat sıxlığının və nəqliyyat problemlərini həll edəcək”.

Baş direktorun müşaviri həmçinin qeyd edib ki, Bakı Nəqliyyat Agentliyi ilk dəfə “28 May” metrostansiyasından “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi (Bakı-Salyan yol qovşağı) istiqamətində istifadəyə veriləcək yenimarşrut xəttinin təşkil olunmasını daşıyıcı şirkətlər üçün müsabiqəyə çıxarıb. O bildirib ki, müsabiqə 30 gün müddətində davam edəcək. Həmin müddətdən sonra komissiya qərarını açıqlayacaq. Bütün daşıyıcılar tenderdə iştirak edə bilər. Sahibkarlar qarşısında qoyulan başlıca tələblər istehsalat bazasının son standartlara cavab verməsi və sürücü bazasının olmasıdır.

Qeyd edək ki, bundan sonra yaradılacaq yeni marşrut xətlərinin istifadəsi müsabiqə yolu ilə sahibkarlara veriləcək.

Yeniçağ.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir