!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bir tərəfdə inkişaf, digər tərəfdə aclıq hökm sürür" - Əli Əhmədov

!Reklam – Yazi

“Dünya inkişaf edir. Təəssüflə qeyd etməliyəm ki, bu, bəzi ziddiyyətlərə yol açır. Dünyanın inkişafı təzadları aradan qaldıra bilmir”.

Bunu baş nazirin müavini, Azərbaycanın Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov “Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu” mövzusunda keçirilən konfransda deyib.

Baş nazirin müavini bildirib ki, dünyanın bir tərəfində inkişaf, digər tərəfində aclıq, səfalət, toqquşmalar hökm sürür: “Təəssüflər olsun ki, dünya əhalisinin 1 milyarda qədəri aclıqdan əziyyət çəkir, onlar qida tapa bilmirlər. Kasıblıq bəşəriyyəti düşündürən əsas məsələlərdəndir. Dünyanın bir milyard insanı gündəlik 1 dollara yaşayır. Qarşıya qoyulan məqsəd o olmalıdır ki, bu qeyri-bərabərlik aradan qaldırılsın. Qeyri-bərabərlik faciəyə səbəb olur. Dünyanın elə ölkələri var ki, orta yaş həddi 50-dir. İnkişaf etmiş ölkələrdə isə bu rəqəm 80-ni ötür. 100 minlərlə insanın toqquşmalarda həlak olması bəşəriyyəti düşündürməlidir”.

Ə.Əhmədov qeyd edib ki, dünya dövlətləri tarazlı inkişafa töhvə verməlidirlər: “Azərbaycan bu istiqamətdə addımlar atır. Ölkəmiz bir çox sosial və iqtisadi layihələri uğurla həyata keçirib”.

Yeniçağ.az

www.yenicag.az

602
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv