!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Birgəyaşayışın Azərbaycan modeli” təlimi yekunlaşdı – İsmayıllıda

!Reklam – Yazi

13530465_1066141336811214_1757385723_n“Qloballaşmada Gənclərin Milli-Əxlaqi Dəyərlərinin Qorunması Mərkəzi” İctimai Birliyinin “Birgəyaşayışın Azərbaycan modeli” adlı layihəsi çərcivəsində İsmayıllı rayonunda təşkil etdiyi təlim yekunlaşdı. Təlimin ikinci günündə iştirakcılara multikultralizmi dəstəkləyən beynəlxalq layihələr, xarici təşkilatların bu istiqamətdə tədbirləri, eyni zamanda Azərbaycanda multikultralizm tədbirləri haqqında məlumat verildi. İnteraktiv metodla davam edən təlimdə iştirakcılar İsmayıllıda dini, milli icmaların multikultralizmə xidmət edəcək tədbirlər planı hazırladı.

Təlimçi Günel Səfərova dini və milli icmaların və yerli QHT –lərin əməkdaşlıqlarının sosial problemlərin həllində olduqca əhəmiyyətli olduğunu vurğuladı. Təlimdə iştirak edən dini icma nümayəndələri İsmayıllı rayonunda dini radikalizmin qarşısının alınması məqsədi ilə məscidlərdə hər bir insanın istifadəsi üçün nəzərdə tutulmuş kitabxananın yaradıldığı, dini icma üzvləri tərəfindən ehtiyacı olan insanlara sosial layihələrin həayata keçirildiyi haqda məlumat verdi. İsmayıllı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Xətai Abbasov bildirdi ki, İsmayıllı rayonunda tolerantlıq və birgə yaşayışın müsbət nümunəsinin olmasına baxmayaraq QHT –lərin bu sahədə aktivləşməsinə ehtiyac vardır. Təlim iştirakcılarının sualları cavablandırıldıqdan sonra təlimci tədbirin yekunu olaraq gələcək fəaliyyət planlarının ilkin formaları haqqında kiçik yekun təqdimat etdi.

Xatırladaq ki, “Birgəyaşayışın Azərbaycan modeli” layihəsi QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşir.

13511528_1066142016811146_250715449_n 13521093_1066140960144585_1080348043_n 13521622_1066142323477782_1151440622_n 13522396_1066142310144450_1881233090_n 13522440_1066140983477916_1517971570_n 13522615_1066140640144617_821474563_n 13530465_1066141336811214_1757385723_n 13530480_1066140630144618_619136049_n 13535829_1066142340144447_1697907708_n

www.yenicag.az

707
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv