!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Biz uşaqla müqavilə bağlasaydıq, ona oyuncaq verərdik"

!Reklam – Yazi

“Formula-1”-in Sauber komandasının rəhbəri Monişa Kaltenborn Paskal Verlyayn haqda müsbət fikirlər səsləndirib.

Yeniçağ.az xəbər verir ki, komanda rəhbəri P.Verlyayn barəsində danışarkən bildirib ki, o, uşaq deyil və almaniyalı sürücüdən gözləntiləri çoxdur.

“Əgər biz uşaqla müqavilə bağlasaydıq, ona “Formula -1” bolidi yox, oyuncaq verərdik. Paskal Verlyayn “Formula -1″də daxil olmaqla yarışdığı bütün seriyalarda özünü sübut edib. Bunu gələcəkdə də davam etdirə bilər”. Komandanın digər sürücüsü Markus Erikssonun da ən böyük hədəfi Verlyaynı məğlub etməkdir:

“Hədəfim Verlyaynı məğlub etməkdir. Başqa nə ola bilər ki? Bilirəm ki, çətin mübarizə olacaq və buna görə də əlimdən gələni edəcəm. Uzun müddətdir ki, Mercedes-in proqramındadır, amma mən onu məğlub edəcəyimə inanıram”.

Xatırladaq ki, almaniyalı sürücü keçən mövsüm Manor komandasında debüt etmiş və Avstriya yarışında bir xal qazanmışdı. DTM üzrə 2015-ci ilin Dünya Çempionu keçən mövsüm Mercedes-in həm ehtiyat, həm də test sürücülüyünü edirdi.

Verlyaynın yeni komandası Sauber-dəki çıxışı və isveçrəlilərin yeni investorlardan sonrakı performansı hamıya maraqlıdır.

Aygün İlqarqızı

Yeniçağ.az

www.yenicag.az

597
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv