!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Biznesmen idmançılarımız - Ölkəyə taxta-şalban gətirənlər… Restoran, Şadlıq Sarayı, Çay evi işlədənlər…

!Reklam – Yazi

İdmançılar uğurları ilə yanaşı şəxsi həyatları ilə də diqqət çəkir. Ən çox da büdcəsi, maliyyəsi və şəxsi biznesi ilə…

Yeniçağ.az şəxsi bizneslə məşğul olan idmançılarımızla bağlı əldə etdiyi məlumatları təqdim edir.

Hamıya məlumdur ki, cüdo üzrə Olimpiya çempionu, keçmiş idmançı, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlinin “Nömrə 1” adlı 6 supermarketi fəaliyyət göstərirdi. Əldə etdiyimiz məlumata görə, keçmiş idmançının biznes həyatı bir o qədər də uğurlu alınmayıb. Deyilənə görə, müəyyən borcları üzündən mağazaların 4-5-i fəaliyyətini dayandırıb.

Futbol üzrə milli komandamızın qapıçısı Kamran Ağayevin də idmandan başqa da məşğul olduğu sahə var. Belə ki, onun doğulub-böyüdüyü Şabran rayonunda bir mağaza və restoranının olduğu deyilir.

Voleybol üzrə qadınlardan ibarət milli komandanın baş məşqçisi, AVF-nin vitse-prezidenti Faiq Qarayevin də şadlıq sarayı var. Belə ki, onun paytaxtda fəaliyyət göstərən məşhur şadlıq saraylarından biri “Kolizey”in sahibi olduğu deyilir.

“İnter”in oyunçusu Mirhüseyn Seyidov da öz biznesini qurub. Belə ki, futbolçunun N. Nərimanov rayonunda ” 085 Çay Evi” adlı restoranı var.

İdmançılar arasında biznesmen kimi ən çox tanınan Rəşad Sadıqovdur. Hətta onun bir ara yeni binaların tikintisi və satışı ilə məşğul olduğu da deyilir.

“Qarabağ”ın keçmiş oyunçusu Namiq Yusifovun isə taxta-şalban biznesi var.

Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, Dünya Taekvondo Federasiyasının Gənclər Komitəsinin üzvü, karate üzrə ikiqat Dünya çempionu Füzuli Musayevin də bir neçə mağaza sahibi olduğu iddia olunur. Ancaq onun bunlardan və FHN-dəki rəsmi işindən başqa da fəaliyyəti var. Belə ki, sabiq idmançının bəstəkarlığı da var. O hətta karate ilə məşğul olduğu vaxtlarda Gəncə toylarında müğənnilik də edib.

“Qarabağ”ın sabiq futbolçusu, millinin məşqçisi Aslan Kərimovun isə stomatoloji klinikası və supermarketi var.

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov və qardaşı Musa Qurbanovun isə şərikli biznesi var. Belə ki, keçmiş futbolçu qardaşların Zaqatalada şərikli obyektlərinin olduğu deyilir.

Keçmiş futbolçu, “Neftçi”nin aşağı yaş qrupunda məşqçi kimi fəaliyyət göstərən Samir Əliyev də bir zamanlar ət biznesi ilə məşğul imiş. Ancaq onun da bu fəaliyyəti uğursuz olub. Deyilənə görə, onun mağazası da var.

Poverliftinq üzrə dördqat Dünya, yeddiqat Avropa çempionu Vüqar Namazovun da biznes sahəsində böyük uğurları var. O, idman salonları və idman malları mağazaları daxildir. Ən məşhuru isə VİTR- fitnes salonudur.

Sambo üzrə doqquzqat Dünya çempionu, Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədov da çoxdanın biznesmeni kimi tanınır. Onun uzun illərdir ki, Gənclikdə fəaliyyət göstərən “Olimp” adlı idman mağazası var. Təbii ki, onun biznes fəaliyyəti bununla məhdudlaşmır. Belə ki, elə həmin ərazidə Ceyhun Məmmədovun çayxanası və digər mağazaları da fəaliyyət göstərir. C. Məmmədov həmçinin polis polkovnik-leytenantı rütbəsini daşıyır.

Aygün İlqarqızı
Yeniçağ.Az

www.yenicag.az

14653
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv