Yazı İçi 468×60

90651-300x225Türkiyədə rusiyalı biznesmenə aid olan super-yaxta yanıb.

BAKU.WS məlumat verir ki, bu barədə məlumatı “The Daily Mail” yayıb. Məlumatda qeyd olunur ki, 27 metrlik “Queen Anna” yaxtasında yanğın yanvar ayının 21-də Fethiye kurortunun limanında güclü yağış zamanı baş verib. Alovun yaxınlıqdakı yaxtalara və gəmilərə keçməsinin qarşısını almaq üçün yaxtanı təhlükəsiz məasafəyə çəkiblər. Buna baxmayaraq yaxınlıqdakı iki yaxtaya zərər dəyib.

Yanğın nəticəsində yaxtanın kapitanı Vladimir Lopata xəsarət alıb. O, nəfəs yollarının zədələnməsi ilə xəstəxanaya yatırılıb. Yanğının baş verməsi ilə bağlı araşdırma aparılır.

Dəyəri 4 milyon funt sterlinq (5,7 milyon dollar) “Queen Anna” yaxtası 2009-cu ildə inşa edilib. Yaxtada səkkiz VİP sərnişin yerləşə bilirdi. Yaxtanın sahibnin rusiyalı biznesmen olduğu bildirilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 20
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."