Biznesmenin qətlində şübhəli bilinən hakim intihar etdi

Müəllif: Redaktor

Editor

Omskda biznesmen Viktor Berqanı öldürməkdə şübhəli bilinən federal hakim Sergey Moskalenko intihar edib.

Yenicag.az modern.az-a istinadən bildirir ki, meyiti parkda aşkar olunan hakimin özünü öldürməsinin səbəbi məlum deyil.
Moskalenko iş adamı Viktor Berqadan daha yüngül hökm çıxarılması üçün 8 milyon rubl rüşvət almaq işi üzrə ittiham olunan statusunda idi.

Xatırladaq ki. iri binalar tikən Viktor Berq öz maşının yanında öldürülmüş vəziyyətdə tapılıb. “OmTikinti-2001” şirkətinin rəhbəri öz işçilərinə əmək haqqı verməməklə 100 milyon rubldan çox pulu mənimsəməkdə və digər iqtisadi cinayətlərdə təqsirkar bilinirdi.
İstintaq versiyasına görə, Moskalenko iş adamı ölməzdən az əvvəl ondan hökmün yüngülləşditrilməsi məqsədil 8 milyon rubl rüşvət alıb.

2016-cı il fevralın 12-də federal hakim vəzifəsindən uzaqlaşdırılıb.
Moskalenko Omsk vilayət məhkəməsinin ixtisas kollegiyasının iclasında bəyan edib ki, həmişə rüşvətə qarşı pis münasibətdə olub və heç vaxt heç kimdən rüşvət almayıb.

Müstəntiqlərin sözlərinə görə, cinayət işində sübut qovluğu var. Bu sənədləri iş adamı ölümündən əvvəl arvadına verərək bu sözləri deyib: “Bu bombadır”.

Ehtimal olunur ki, biznesmen onun işini aparan hakimlə bağlı kompromat toplayıb.

Yenicag.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir