Yazı İçi 468×60

8da5a42acd8bfb87b406aa0ca6d5a55bBMT Avropa İttifaqını Suriya, Əfqanıstan və İraq kimi münaqişə zonalarından qaçaraq sığınacaq axtaranları qəbul etməyə çağırıb.

APA-nın BMT-nin İnformasiya Mərkəzinə istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Gutteresin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Avropa qaçqınları az-az hissələrlə qəbul etməklə, bu problemin qarşısını ala bilməz. Ali Komissar bunun üçün ilkin yol kimi 200 min insanın yerləşdirilməli olduğunu bildirib: “Heç bir ölkə qaçqınları təkbaşına qəbul etmək imkanına malik deyil, eyni zamanda heç bir ölkə bu işdəki rolundan imtina edə bilməz. 300 mindən çox insan bu il Aralıq dənizini keçməklə öz həyatlarını riskə atıb. 2600-ə yaxın insan, o cümlədən internetdə insanların ürəyini parçalayan fotosu paylaşılan Aylan bu təhlükəli səfərdən xilas ola bilməyib”.

Ali Komissar onu da əlavə edib ki, qaçqınları qəbul etmək yalnız Avropa İttifaqının bir neçə üzvünün öhdəliyi olmamalıdır: “Bu kütləvi axın həmin insanların bu vəziyyətə düşməsinin kökləri həll olunana qədər davam edəcək. Münaqişələrin qarşısını almaq və insanları evlərindən qaçmağa vadar edən müharibələri dayandırmaq üçün daha çox iş görülməlidir”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 24
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."