!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BMT-də Ermənistana sərt suallar verildi

!Reklam – Yazi

Dünən Cenevrədə BMT-nin İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə komitəsinin (CERD) 92-ci sessiyası öz işinə başlayıb. Mayın 12-dək davam edəcək sessiyada 6 dövlətin, o cümlədən Ermənistanın İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında BMT Konvensiyası üzrə öhdəliklərini yerinə yetirməsi ilə bağlı dövrü hesabatlarına baxılacaq.

Sessiyada iştirak edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov Teleqraf.com-a bildirib ki, Ermənistanın dövrü hesabatı başdan ayağa yalan və saxta məlumatlar əsasında qurulub. Onun sözlərinə görə, irqi ayrı-seçkiliyin dövlət siyasəti olduğu ölkənin dövrü hesabatı başqa cür ola da bilməzdi: “Bu saxtakarlığı ifşa etmək üçün təmsil etdiyim təşkilat Ermənistanın dövrü hesabatına alternativ hesabat təqdim edib və həmin hesabat BMT İnsan Hüquqları üzrə Ali Komissarın rəsmi veb səhifəsində Ermənistanın hesabatı ilə birgə yerləşdirilib”.

S.Məmmədov bildirib ki, Ermənistanın hesabatı aprelin 27-28-də dinləniləcək: “Amma biz daha bir fürsətdən yaralandıq. Bu gün komitə üzvləri üçün brifinqdə bəyanatla çıxış etdim və hesabatda sual doğuran bəzi məsələləri komitə üzvlərinin diqqətinə çatdırdım. Bəyanat həmçinin ingilis və rus dillərində komitə üzvlərinə təqdim edildi”.

Bəyanatda bildirilir ki, Ermənistanın kütləvi informasiya vasitələri, o cümlədən dövlətə məxsus televiziya və agentliklər, digər media orqanları Azərbaycan xalqı əleyhinə nifrət oyadan, xalqı aşağılayan verlişlərə və yazılara geniş yer verir. Qeyd edilib ki, Ermənistanda orta məktəb dərsliklərində türk xalqına nifrət aşılayan və tarixi keçmişi təhrif olunmuş şəkildə təqdim edən dərs materiallarına geniş yer verilir: “Avropa İttifaqının Şərq Tərəfdaşlığı Ölkələri Parlament Assambleyasının Bakıda keçirilən sessiyasında Azərbaycan hökumətinin irqi-ayrı seçkiliyə aid olan dərs materiallarının müəyyən olunması məqsədilə hər iki ölkənin dərsliklərinin araşdırılması ilə bağlı birgə komissiyanın yaradılması təklifi Ermənistanın rəsmi dairələri tərəfindən etinasizlıqla qarşılanıb. Mənşəcə azərbaycanlı (türk), lakin başqa dövlətlərin vətəndaşları olan azərbaycanlıların (türklərin) ölkəyə girişinə qadağa qoyulub. Ermənistanla həmsərhəd olan Gürcüstanda Ermənistana bitişik orayonların əhalisinin əksəriyyəti (150 min nəfərdən artıq) etnik azərbaycanlılardır. Gürcüstan vətəndaşları üçün Ermənistana vizasız gediş-gəliş olsa da, etnik azərbaycanlıların bu ölkəyə girişi qadağandır”.

Bəyanatda qeyd olunur ki, bir qrup Azərbaycan və erməni ictimai xadimi birləşərək “Ermənistan-Azərbaycan Sülh Platforması”nı təsis edib. Bu platformaya qoşulan erməni hüquq müdafiəçiləri və ictimai xadimləri öz ölkələrində təqiblərə məruz qalır: “Belə ki, Dağlıq Qarabağdan olan gənc fəal Lusine Nersisyan Sülh Platformasına qoşulduqdan sonra, Ermənistanın güc strukturları tərəfindən saxlanıldı. Bir gün sonra isə azad olunaraq platformaya qoşulduğunu təkzib etdi. Platformaya qoşulmuş digər bir gənc – Sergey Culakyana qarşı təqiblər artıb. Bu səbəbdən də Sergey Culakyan məcbur qalaraq Ermənistanı tərk edib. Bundan əlavə Tamella Arzumanyan Sülh Platformasına qoşulduğu üçün ona və ailəsinə təqiblər artıb. Dəfələrlə təhdid olunduğu üçün Culakyan ailəsi ilə birlikdə Ermənistanı tərk etməyə məcbur olub. Azərbaycanla bağlı dialoq və istənilən digər təşəbbüslər göstərənlər repressiyalara məruz qalırlar”.

Daha sonra bildirilir ki, Ermənistan ərazisində olan minlərlə tarixi, mədəni, memarlıq əhəmiyyətli abidələr tamamilə dağıdılıb, bir qısmı isə rekonstruksiya edilərək ya erməniləşdirilib, ya da başqa xalqlara məxsus abidə kimi təqdim edilir: “Toponomik adlar və akronimlər tam dəyişdirilib. Yalnız 1924-1988-ci illər ərzində 1000-dən çox toponomik adlar dəyişdirilib. 2006-cı ildə 57, 2007-ci ildə 21 yaşayış məntəqəsinin adı dəyişdirilib. Hazırda Ermənistan ərazisində bir dənə də olsun Azərbaycan və türk mənşəli topnomik adlar qalmayıb. Halbuki son 100 ilin əhalinin etnik tərkibinə baxdıqda əhalinin əksəriyyətini Azərbaycan türklərinin təşkil etdiyini görmək olar. 1988-ci ildə son deoprtasiya zamanı Ermənistanı 320 min nəfərdən artıq Azərbaycan türkü tərk edib”.

S.Məmmədov komitə üzvlərindən Ermənistanın rəsmi nümayəndə heyətinə aşağıdakı sualları verməyi xahiş edib:

“Ötən əsrdə Ermənistan ərazisində ən çoxsaylı milli azlıq azərbaycanlılar olub. Hazırda orda azərbaycanlı yaşamır. Bunun səbəbi nədir?

Ermənistan tərəfi bildirir ki, bu ölkənin televiziyalarında həftə ərzində Azərbaycan dilində verilişlər ayrılır. Hazırda Ermənistanda bir nəfər də azərbaycanlı yaşamadığı halda bu yayım kimin üçündürr? Nəzərinizə çatdırım ki, son deportasiya zamanı 320 mindən artıq azərbaycanlı deportasiya olunub və hazırda orada bir nəfər də azərbaycanlı yaşamır.

Hazırda Ermənistanda yaşayan bütün milli azlıqların cəmi sayı təqribən hazırda Azərbaycanda yaşayan etnik ermənilərin sayı qədərdir. Bu monoetnik siyasətin məqsədi nədir?”

S.Məmmədov sonda qeyd edib ki, Ermənistan hazırda regionda yeganə monoetnik ölkədir və orda tarixən məskunlaşmış xalqların demək olar hamısı müxtəlif vaxtlarda indiki Ermənistan ərazilərindən qovulublar: “Hazırda ölkə əhalisinin 98,1 faizini ermənilər təşkil edir. Beləliklə, Ermənistan BMT-nin İrqi-ayrı seçkiliyin bütün formalarının ləğvi haqqında Konvensiyanın bütün müddəalarını pozur və beynəlxalq öhdəliklərinə etinasız yanaşır”.

Yeniçağ.az

www.yenicag.az

601
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv