BMT-də Fələstin bayrağı dalğalanacaq

Müəllif: Redaktor

Editor

1427977603_18376BMT-nin Baş Assambleyasında keçirilən səsvermədə 193 ölkə arasında 119 ölkə Fələstin bayrağının BMT-nin binası qarşısında asılmasının lehinə olub.

Yenicag.az xəbər verir ki, 45 ölkə bu səsvermədə bitərəf qaldığı halda, 8 ölkə isə bu təklifin əleyhinə səs verib . Qeyd edək ki, Fələstin dövlətinin bayrağı BMT-nin New Yorkdakı mərkəzi binasının qarşısından asılacaq.  Bayrağı rəmzi olaraq  Fələstin lideri Mahmud Abbasın asması gözlənilir.

Qeyd edək ki, bu qərardan sonra Fələstinin Xarici İşlər Nazirliyi BMT-yə öz təşəkkürünü bildirib və məmnunluq hissini ifadə edib.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır