!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BMT-də Krımla bağlı səsvermə – Azərbaycan iştirak etmədi

!Reklam – Yazi

168970_res_01Ukraynanın Krımda insan haqlarına dair qətnaməsi BMT Baş Assambleyasında müzakirəyə çıxarılıb.

RİA Novosti xəbər verir ki, insan haqları sahəsindəki vəziyyətin beynəlxalq monitorinqinə çağıran sənəd BMT Baş Assambleyasının sosial, humanitar və mədəniyyət məsələləri üzrə Üçüncü Komitəsi tərəfindən qəbul edilib.

Səsvermədə bütün ölkələr iştirak etməyib. Qətnamə 73 ölkə tərəfindən dəstəklənib, 23 ölkə əleyhinə, 76 ölkə bitərəf olub. Layihə bir çox Avropa ölkələri və ABŞ tərəfindən dəstəklənib, Rusiya, Çin, Serbiya, Kuba, Hindistan, Qazaxıstan və s. ölkələr əleyhinə çıxış edib.

Azərbaycan səsvermədə iştirak etməyib.

Sənəd Rusiyanı insan haqları sahəsində müşahidələr aparan beynəlxalq missiyaların və qeyri-hökumət hüquq müdafiə təşkilatlarını Krıma maneəsiz girişini təmin etməyə çağırır.(Azvision.az)

www.yenicag.az

557
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv