BMT Donbasda hərbi əməliyyatları dayandırmağa çağırıb

Müəllif: Redaktor

Editor

BMT Ukraynanın şərqində aparılan bütün hərbi əməliyyatları dayandırmağa çağırıb.

Yeniçağ.Az xəbər verir ki, bunu qurumun baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bəyan edib.

Onun sözlərinə görə, Donbasdakı təmas xəttində toqquşma Minsk razılaşmalarının birbaşa pozulması deməkdir. Düjarrik münaqişə tərəflərini sülh nizamlanması üzrə səyləri bərpa etməyə çağırıb.

Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır