Əfqanıstanın Gilmənd əyalətində beynəlxalq qüvvələrin endirdiyi hava zərbəsi nəticəsində 18 dinc sakin ölüb.

Yeniçağ.Az-ın “APA”-ya istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Əfqanıstandakı missiyasından (MOONSA) məlumat verilib.

Məlumata əsasən, hava zərbəsini yalnışlıqla beynəlxalq qüvvələrə məxsus təyyarələr endirib. İnsidentin fevralın 9-a Gilmənd əyalətinin Sanqin rayonunda baş verdiyi bildirilir: “Aviazərbənin hədəfi hökumətə qarşı qüvvələr olsa da, nəticədə qadınlar və uşaqlar daxil olmaqla, 18 dinc sakin həlak olub”.

Məlumatda həmçinin bildirilir ki, fevralın 11-də Gilmənd əyalətində törədilən terror aktı nəticəsində azı 7 dinc sakin ölüb, bir çoxu isə yaralanıb.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 12
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."