BMT Fələstin-İsrail münaqişəsinin həllində “iki dövlət” prinsipinə sadiqdir

Müəllif: resul

Editor

BMT katibliyi BMT Fələstin-İsrail münaqişəsinin nizamlanmasında “iki dövlət” prinsipini dəstəklədiyini təsdiqləyib.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Farhan Xak Ağ Ev nümayəndəsinin ABŞ-ın Fələstin-İsrail münaqişəsinin nizamlanmasında tutduğu mövqeyinin dəyişə biləcəyinə münasibət bildirərkən vurğulayıb.

“Münaqişənin həllində “iki dövlət” prinsipini dəstəkləməyimiz barədə məlumatlısınız. Bundan əlavə şərh verməyəcəyəm”, – deyə Xak bildirib.

Qeyd edək ki, Ağ Evin yüksək vəzifəli nümayəndəsi bundan əvvəl ABŞ-ın Yaxın Şərq probleminin nizamlanmasında “iki dövlət” prinsipini təkid etməyəcəyini bildirib.

Bu vaxtadək ABŞ münaqişənin həlli məsələsində bölgədə iki suveren dövlətin – İsrail və Fələstinin yaradılması prinsipinə əsaslanıb.

Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır