!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BMT-nin yeni baş katibi vəzifəsinin icrasına başlayıb

!Reklam – Yazi

UN Secretary-General designate Antonio Guterres arrives in Downing Street in central London on November 15, 2016, ahead of his meeting with British Prime Minister Theresa May. The next UN chief Antonio Guterres, earlier this month emphasized the need for a strong partnership with the United States to address the world's ills, including wars, human rights violations and climate change. / AFP PHOTO / DANIEL LEAL-OLIVAS

BMT-nin yeni baş katibi Antonio Quterreş vəzifəsinin icrasına başlayıb.

Bu barədə Yeniçağ.Az-a BMT-nin Azərbaycandakı nümayəndəliyindən bildirilib.

BMT-nin sayca doqquzuncu baş katibi olan A. Qutterşin işində insan ləyaqətini əsas prioritet sayacağı, sülh tərəfdarı, o cümlədən, yenilik və islahatların təşviqçisi olacağı açıqlanıb.

A. Quttereş baş katib seçilməzdən əvvəl 10 il ərzində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına rəhbərlik edib. BMT QAK-a qoşulmazdan əvvəl, A. Quterreş hökumət və dövlət qulluğunda 20 ildən çox çalışıb. O, 1991-ci ildən Portuqal Dövlət Şurasının üzvü, 1995-ci ildən 2002-ci ilədək Portuqaliyanın baş naziri olub.

1976-cı ildə Portuqaliya parlamentinin üzvü seçilib və 17 il üzv kimi xidmət göstərib.

A.Quterreş 1949-cu ildə Lissabonda anadan olub. Mühəndislik dərəcəsi olan A.Quterreş ingilis, fransız və ispan dillərini mükəmməl bilir.

Yeniçağ.Az

www.yenicag.az

544
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv