www.sinerjipro.net

SinerjiProWide
Reklam

2t5a2207BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis Beynəlxalq Avrasiya Mətbuat Fondunun Bakıdakı ofisini ziyarət edib.

Qonağı BAMF-ın fəaliyyəti ilə taniş edən təşkilatin sədri Umud Mirzəyev BAMF-ın qaçqın və məcburi köçkünlərlə bağlı gördüyü məqsədyönlü işlərdən danışıb. O bildirib ki , hazırda Azərbaycanda məcburi köçkünlərin üzləşdiyi problemlər xaricdəki məcburi köçkünlərin üzləşdiyi problemlərdən azdır. Bu da onun nəticəsidir ki, Azərbaycanda bu istiqamətdə kifayət qədər ciddi işlər görülüb, əsaslı layihələr icra olunub. Bundan başqa Cənab Mirzəyev qeyd edib ki , BAMF UNHCR tərəfindən yaradılmış Qaçqın və Məcburi Köçkünlərin İşləri ilə məşğul olan İşçi Qrupuna daxildir. Bu qrupda BAMF öz dəstəyini məcburi köçkünlərin yaşayışı və dolanışığına dair həyata keçirdiyi peşə təlimi və mikro-kredit proqramları səviyyəsində nümayiş etdirir. Proqram çərçivəsində məcburi köçkünlərin ehtiyaclarının ilkin qiymətləndirilməsi sayəsində, bacarıqarını inkişaf etdirməyə ehtiyacı olan məcburi köçkünlər və onların bu bacarıqlarla təmin olunacağı təqdirdə həyat şəraitlərini yaxşıya doğru dəyişə biləcək şəxslər BAMF tərəfindən müəyyən olunur. Bu funksiyanı effektiv yerinə yetirmək üçün BAMF daima qaçqın və sığınacaq axtaranlar, eləcə də qaçqın icmalarının problemləri ilə məşğul olan IOM, UNHCR, o cümlədən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi müxtəlif dövlət strukturları ilə birgə əməkdaşlıq edir. Daha sonra BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyinin rəhbəri üşün BAMF-ın prioritet beynəlxalq layihələrinin visual təqdimatı olub. Təqdimatları və ümumilikdə BAMF-ın fəaliyyətini müsbət qiymətləndirən nümayəndəliyinin rəhbəri Furio de Angelis bildirib ki, Azərbaycan hökuməti Məcburi Köçkün və Qaçqınların vəziyyətini yaxşılaşdırmaq üçün hər il çoxlu işlər görür və bu da təqdirə layiqdir.

Cənab Angelis təmsil etdiyi təşkilatla BAMF-ın əməkdaşlığını və bu illər ərzində əldə olunan uğurları da müsbət qiymətləndirib. Baş tutan görüşdən məmnunluğunu bildirən BAMF sədri Umud Mirzəyev isə bir daha bəyan edib ki, rəhbərlik etdiyi təşkilat qaçqın və sığınacaq axtaranlara dair problemlərin qabardılması, yaxud təbliğində medianın rolunu və mühümlüyünü qiymətləndirməkdə davam edir. Mediadan bütün səviyyələrdə səmərəli istifadə etməklə qaçqın və məcburi köçkünlərə təsir edəcək qərarların qəbuluna cəlb olunmuş maraqlı tərəflərin, həmin kateqoriyadan olan insanların vəziyyəti barədə müvafiq məlumatlılığı təmin etmək BAMF-ın strategiyası olaraq qalacaq. #iepf #unchr

BAMF-ın mətbuat xidməti

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 63
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."