!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Böhran Azərbaycanlı idmançıların bəxtini açdı...

!Reklam – Yazi

Azərbaycanda bəzi idman federasiyalarına qadağalar qoyulub. Belə ki, ölkədəki maliyyə böhranını nəzərə alan bəzi qurumlar artıq yerli idmançılara üstünlük verəcək. Bunun da səbəbi onların “ucuz” başa gəlməsidir.

Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, heyətinə yerli idmançıları dəvət edən qurumlar aşağıdakılardır.

Cavid Qurbanovun yeni rəhbər təyin olunduğu Azərbaycan Voleybol Federasiyası milli komandada “milliləşmə”yə bir müddət ara verəcək. Qurum rəhbərliyi buna səbəb kimi büdcənin azlığını göstərib. Çünki hər “milliləşən” idmançı üçün ən azı 300-400 min manat pul ödənməlidir. Onların maaşı belə yerli idmançılardan 2-3 dəfə çoxdur.

Cüdo Federasiyası da milli komandaya əcnəbi idmançını gətirmək planını uzun müddətli təxirə salıb. Rövnəq Abdullayevin rəhbəri olduğu qurumdan bildirilir ki, hələ yerlilərə ehtiyac duymuruq. Ancaq aldığımız məlumata görə, bunun da əsasında maliyyə problemi dayanır.

Azərbaycan Boks Federasiyasının rəhbərliyi də bu il hansısa əcnəbi idmançının milliləşməsinə göstəriş verməyib. Millini tərk edənlərin yerini (veteran idmançı adını qazananlar) isə gənclər tutacaq. Federasiya bu il sadəcə, əcnəbi məşqçi gətirməklə kifayətlənib. Belə ki, yığmamız ukraynalı Leonid Layinskiyə həvalə olunub. Maliyyə problemi ilə üz-üzə qalıb, “milliləşmə” sistemi aparmaq istəməyən qurumlardan biri də Azərbaycan Qılıncoynatma Federasiyasıdır. Bir ildən çoxdur ki, federasiya nə idmançıların maaşını verir, nə də təlim-məşqlər üçün normal şərait yaradır. Bu gün federasiyalarımızın iş prinsipi belədir: dünənə qədər pul var idi, milliləşmə edirdilər; indi böhrandır, heç kimin yadına belə düşməyən yerli idmançıları millilərə cəlb edirlər. Yəni pul yoxdursa, bahalı legionerlərdən imtina olunacaq.

Aygün İlqarqızı

Yeniçağ.az

www.yenicag.az

702
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv