!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böhrandan xilas yolu: Böyük özəlləşdirmə baş tutacaqmı?

!Reklam – Yazi

252e6fc2f61027d636096f02b1136589Natiq Cəfərli: “Böyük özəlləşdirməyə ehtiyac var, bunun baş verməsi Azərbaycan həm dövlət xərclərini azaldar, həm də idarəetmənin effektivliyini artıra bilər”

Bir sıra ölkələrdə böhran hallarında iri müəssisələr özəlləşdirməyə buraxılır. Bu yolla hökumətlər dövlət büdcəsində yaranan defisiti müəyyən qədər doldurmağa çalışırlar. Hazırda Azərbaycan da neftin ucuzlaşması və manatın devalvasiyası fonunda iqtisadi cəhətdən elə də yaxşı günlərini yaşamır Bunun nəticəsi olaraq gələn il üçün dövlət büdcəsində də 25 faizlik azalma var. Bu fonda görəsən, Azərbaycanda da AZAL, SOCAR, “Azəriqaz”, “Azərenerji” və s. bu kimi müəssisələrin özəlləşdirilməsi həyata keçə bilərmi?

Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli böyük özəlləşdirməyə getməyə ehtiyacın yarandığı bildirdi: “AZAL, “Azəriqaz”, “Azərenerji” kimi şirkətlərin özəlləşdirilməsinin vacib olduğu barədə dəfələrlə təkliflərimiz olub. Bu kimi şirkətlərdə özəlləşdirmə mütləq həyata keçirilməlidir. Amma burada bir məsələ var. Azərbaycanda böyük şirkətlərin özəlləşdirilməsinin həyata keçirilməsi üçün prosesdə kimlərin iştirak etməsi də vacibdir. Daxildə belə müəssisələrin özəlləşdirilməsi prosesində alıcıların olması ehtimalı getdikcə azalır. Azərbaycanda böyük miqdarda vəsaiti olan insanların olmaması belə müəssisələrin özəlləşdirilməsinin qarşısını alır. Yəni ölkəmizdə rəsmi milyonçular yoxdur. Azərbaycan yeganə postsovet ölkəsidir ki, rəsmi olaraq bizdə milyonçu mövcud deyil. Rəsmi milyonçuların olmaması onu göstərir ki, sabah iri müəssisələrin özəlləşdirilməsi həyata keçiriləndə kimlər üzə çıxacaq, kimlər prosesdə iştirak edəcək. Belə özəlləşdirmədə yeganə alıcı ancaq xarici şirkət və investorlar ola bilər. Onlarda “Azəriqaz”, Azərenerji” kimi təşkilatlara böyük maraq var. Sadəcə burada bir məsələ var, həmin investorların Azərbaycanda rahat fəaliyyət göstərməsi üçün qanunvericilikdə müəyyən dəyişikliklərə ehtiyac duyulur. Normal məhkəmə sistemi yaradılmalıdır. Bunlar bir-birilə bağlı məsələlərdir. Amma bütün hallarda bu qənaətdəyəm ki, böyük özəlləşdirməyə ehtiyac var və bunun baş verməsi nəticəsində Azərbaycan həm dövlət xərclərini azaldar, həm idarəetmənin effektivliyini xeyli dərəcədə artıra bilər”.

ELÇİN

www.yenicag.az

621
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv