Boksçu dünyasını dəyişdi

Müəllif: Redaktor

Editor

c03527ee59a0fffca5697de974f70435Avstraliyalı boksçu Devid Braun dünyasını dəyişib.

İdmançının ölümünə filippinli boksçu Karlo Maqali ilə döyüşdə aldığı zədə səbəb olub.

Beynəlxalq Boks Federasiyasının (İBF) versiyası üzrə regional titullardan biri uğrunda baş tutmuş döyüş sentyabrın 11-də Avstraliyanın İnqlbern şəhərində keçirilib. Görüşün 12-ci raundunda filippinli boksçu rəqibi Braunu nokauta salıb.

Kəllə-beyin travması alan 28 yaşlı idmançı kritik vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər həyatını xilas etmək üçün Braunu süni aparata qoşublar. Ancaq 3 günlük səylər bir nəticə verməyib və boksçu dünən dünyasını dəyişib.

Qeyd edək ki, peşəkar boksda 25 görüş keçirən Braun 22 qələbə qazanıb, 1 heç-heçə edib, 2 dəfə isə məğlubiyyətlə üzləşib(APA).


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir