Boksçumuz dünyanın ilk onluğunda

Boksçumuz dünyanın ilk onluğunda

Müəllif: Manager

Baş Redaktor

45758“Qəbələ” İdman Klubunun boksçusu Fariz Məmmədov Ümumdünya Boks Təşkilatının (WBO) sentyabr ayı üçün açıqlanan yeni reytinq cədvəlində mövqeyini gücləndirib.

Bu barədə qurumun rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Fariz Məmmədov hələ iyunun 8-də almaniyalı Mattias Pelkə nokautla qalib gəlib WBO-nun Avropa kəmərinə sahib çıxmaqla orta yungül çəki dərəcəsində (66.68 kq) dünyanın ən güclü 10 boksçusu sırasına düşüb. İndi idmançımız avqust ayı ilə müqayisədə mövqeyini daha da gücləndirib.

Ötən ay doqquzuncu yerdə olan boksçumuz sentyabrda bir pillə də irəliləyib və hazırda öz çəki dərəcəsi üzrə dünyada səkkizinci yerdədir.

Bu çəkidə reytinq cədvəlinə mütləq dünya çempionu, meksikalı Xuan Manuel Markes başçılıq edir.

Namibiyalı Betyuel Uşuna ikinci, amerikalı Timoti Bredli isə üçüncüdür. (anspress.com)

İdman

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti