!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bölgənin gələcəyinin necə olacağı bizim qərarımızdan asılıdır”- Binəli Yıldırım

!Reklam – Yazi

9Bu gün Rusiyaya səfər edən Türkiyənin Baş naziri Binəli Yıldırım Moskva Dövlət Diplomatik İnstitutunda olub.

Yeniçağ.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, B.Yıldırım Türk və rus xalqlarının min illərdir qonşuluq etdiyini vurğulayıb:

“Ölkələrimiz arasında əlaqələrin dərinliyinə keçən il Türkiyə və Rusiya arxiv idarələrinin təşkil etdiyi sərgidə bir daha şahid olduq. Bütün geniş əlaqələrə rəğmən təxminən 1 il əvvəl baş vermiş hadisə hər iki ölkəni böyük bir sınaqla qarşı-qarşıya qoydu. Münasibətlərimizin normallaşması avqust ayından bəri özünü göstərir”.

B.Yıldırım Türkiyənin əsas siyasətinin insan resurslarına dayanıqlığını diqqətə çatdırıb:

“Amerikadan başlayıb dünyaya yayılan böhranın, eləcə də Yaxın Şərqdə gedən müharibələrin qaynağı da insan faktorunun nəzərə alınmamasıdır.

Rusiya-Türkiyə münasibətləri sadəcə, iki ölkə arasında əlaqələr deyil. Bu, eyni zamanda yerləşdiyimiz bölgəni də yaxından maraqlandırır. Bu coğrafi məkana biz qərar vermədik, amma bu bölgənin gələcəyinin necə olacağına biz qərar verə bilərik.

Bölgədəki problemlərə laqeyd olsaq bu, dünyəvi problemə çevrilər. Terror təşkilatlarının aşkar olmamasının səbəbi də bölgədəki problemlərin həll olunmamasından irəli gəlir. Başlayacağımız “Türk axını” və nüvə enerjisi sahəsindəki ortaq layihələrimiz məhz gələcəyimizi bəlli edir”.

Yeniçağ.az

www.yenicag.az

555
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv