Yazı İçi 468×60

qatar_00011Yenicag hafta.az-a istinadən bildirir ki, Bolqarıstanın Sofiya, Varna, Qorno Oryaxovitsa, Montana şəhərlərində və digər yaşayış yerlərində dəmiryolu xətlərində sərnişin qatarların azaldılmasına qarşı kütləvi etiraz aksiyaları keçirilib.

Ölkədə yanvarın 12-dən başlayaraq dəmiryolu xətlərindən 38 qatar çıxarılıb, 10 qatar isə qısa marşruta keçirilib. Nəticədə minlərlə vətəndaş iş yerlərinə münasib qiymətə çatmaq imkanından məhrum olub. Fevralın 1-dən isə 90 qatarın xətdən uzaqlaşdırılması və 1500 işçinin işdən azad olunması planlaşdırılır. Bolqarıstan hökumətinə və parlamentinə ünvanlanmış bəyanatda etirazçılar ləğv olunmuş qatarların bərpa olunması və işdən azad olunmaların dayandırılmasını tələb edirlər. Bolqarıstanın nəqliyyat naziri İvaylo Moskovski hərəkət qrafikinə və maliyyə yardımı məsələsinə yenidən baxılmasına söz verib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 17
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."