!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Borçalı camaatı öz məhsullarını Azərbaycan bazarına niyə çıxara bilmirlər?

!Reklam – Yazi

Sosial şəbəkədə Gürcüstanda yaşayan Qeyrət Xalq Hərəkatının sədri Əlibala Əsgər Borçalı məhsulunun Azərbaycan bazarına buraxılmaması ilə bağlı status paylaşıb.

Əlibala Əsgərin paylaşdığı statusu olduğu kimi təqdim edirik:

“Keçən il 100 tonla kartof, yerkökü, soğan, kələm bazar rəqabəti olmadığına görə sahələrdə çürüdü. Bu il də eyni mənzərə gözlənilir. Azərbaycan yetkililərindən Borçalı məhsulunu Azərbaycan bazarına buraxılmasını xahiş edirik”.

Məsələ ilə bağlı Yeniçağ.az-a açıqlama verən Əlibala Əsgər bildirib ki, Azərbaycan bazarına əsasən gömrükdəki girişin qeyri-rəsmi rüsumları həddən artıq çoxdur:

“Bunun üçün də Borçalı camaatı öz məhsullarını Azərbaycan bazarına çıxara bilmirlər. Öz bazarlarımızda isə məhsulun satışı ona qoyulan mayadan ucuz olduğuna görə sərf etmir. Rusiya bazarlarına çıxış yoxdur, Ermənistana özümüz getmirik. Azərbaycan bazarına isə buraxılmadığına görə məhsullar sahədə çürüməyə başlayır”.

Onun sözlərinə görə, Gürcüstan bazarlarında məhsul bol olduğu üçün də çox satılmır:

“Ona görə də Azərbaycan bazarlarına buraxılmasını istəyirik. Hətta illərdir Azərbaycanın aidiyyatı qurumlarına müraciət etsək də, hələ ki, heç bir nəticə olmayıb”.

İqtisadçı-ekspert Akif Nəsirli qeyd etdi ki, əslində, bu məsələni hər bir dövlət özü fərdi olaraq həll edir:

“Bu, bir az incə məsələdir. Deyə bilmərik ki, Azərbaycan hökuməti Gürcüstan məhsulunu buraxmamaqda və yaxud da da dövlət rüsumu almaqda səhv edir. Buna konkret bu cür yanaşa da bilmərik. Azərbaycan özü də kənd təsərrüfatı ölkəsidir. Vaxtilə ölkənin iş qabiliyyətli əhalisinin 60 faizdən çoxu kənd təsərrüfatı ilə məşğul olub. İndi də məşğul olan kifayət qədər insanlar var.

Ekspertin fikrincə, hökumət kənd təsərrüfatı ilə məşğul olan vətəndaşların məhsullarının satılması və daxili bazarda xarici məhsul tərəfindən sıxışdırılmaması üçün müəyyən tədbirlər görməlidir:

“Daxili bazar qorunmalı və tənzimlənməlidir. Daxildə keyfiyyətli məhsulların istehsalına şərait yaradılmalıdır. Digər tənzimləmə mexanizmi, gömrük mexanizmidir: rüsumlar, vergilər, gömrüklər və gömrük rüsumları ilə daxili bazarı hökumət mütləq şəkildə qorumalıdır. Azərbaycan hökumətinin öhdəlikləri öz vətəndaşları qarşısındadır. Gürcüstan vətəndaşları qarşısında isə rəsmi olaraq heç bir öhdəliyi yoxdur. Əgər Azərbaycanın daxili bazarını yerli istehsal məhsulları ödəyə bilmirsə, o zaman xarici məhsullara da yer vermək və onların axınını təmin etmək lazımdır. Təbii ki, bu halda Gürcüstan və Borçalı mahalının məhsulları xüsusilə əhəmiyyətli olmalıdır. Çünki orada yaşayan əhalinin böyük əksəriyyəti həmvətənlərimizdir. Konkret olaraq, bu məslədə dövlət və vətəndaş maraqları, daxili bazarların qorunması məsələsi nəzərə alınmalıdır”.

Kənd təsərrüfatı nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Yeniçağ.az-a verdiyi açıqlamasında bildirib ki, nazirliyimiz tərəfindən heç bir ölkənin məhsuluna qadağa qoyulmayıb:

“Biz kənd təsərrüfatı məhsullarını müxtəlif çeşiddə istər emal məhsulları olsun, istərsə də digər məhsullar… həm idxal, həm də ixrac edirik. Gömrük rusumu haqqında da qanun var. Qanunvericilikdə nə nəzərdə tutulubsa, o da tətbiq olunub. Azərbaycan aqro-sektorda dünyanın 80-dən çox ölkəsi ilə idxal-ixrac əməliyyatı aparır”.
Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

816
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv