“Borcların mənə dəxli yoxdur” – Baş məşqçi etiraz etdi

“Borcların mənə dəxli yoxdur” – Baş məşqçi etiraz etdi

Müəllif: Redaktor

Editor

I divizionda çıxış edən “Sahdağ” futbol klubunun futbolçulara 7 aya yaxındır ki, borcu var. Klub rəhbərliyi hələ də keçmiş borcu ödəmir.

Məsələ ilə bağlı kluba yenicə baş məşqçi təyin ediləni Kamran Əlibabayevlə əlaqə saxladıq. Yeniçağ.az-a danışan K. Əlibabayev keçmiş borcun qaytarılmasının onun səlahiyyətində olmadığını deyib:

“Öncə onu bildirim ki, mənə edilən təklifi dəyərləndirməzdən əvvəl klubun rəsmi sponsoru AZENCO şirkətinin rəsmiləri ilə görüşümüz oldu. Futbolçuların çəkdiyi əziyyətin bəhrəsini görməsi üçün maaşların vaxtında verilməsini tələb etdim. Onlar da söz verdi ki, ikinci dövrədən vəziyyət yaxşılığa doğru dəyişəcək.

Köhnə borclara gəldikdə isə bu, mənim səlahiyyətimə aid deyil. Çünki biz görüşdə mənim işləyəcəyim vaxtı müzakirə etmişik. O məndən əvvəlki borclardır.

Ancaq rəhbərlik onu da bildirdi ki, köhnə borclar tədricən ödəniləcək”.

Xatırladaq ki, Kamran Əlibabayev Azərbaycan I divizionunda mübarizə aparan “Şəmkir” klubunun baş məşqçisi işlədiyi dönəmdə birillik futboldan uzaqlaşdırılmışdı. Səbəb isə Şəmkir” – MOİK matçında K.Əlibabayevin meydançaya daxil olaraq, oyunda fasilə yaratması, habelə hakimlər briqadasını təhqir edərək hədə-qorxu gəlməsi idi.

 

Aygün İlqarqızı

Yenicag.az

Xəbərlər, İdman

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti