!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Boris Rapoport: “Şeydayev Azərbaycan vətəndaşlığını qəbul etməklə hər şeyi korladı”

!Reklam – Yazi

seydayev“Şeydayev “Zenit”də qalmalı idi. Hansı ki, indi hücum xəttində onsuz da geniş seçim imkanı yoxdur. Amma o, fərqli qərar qəbul etdi”.

Bu sözləri Rusiyanın “Zenit” klubunun uşaq futbol məktəbinin məşqçisi olan Boris Rapoport keçmiş yetirməsi Ramil Şeydayev haqqında danışarkən bildirib.

O Azərbaycan yığmasının və Türkiyənin “Trabzonspor” klubunun hücumçusu R. Şeydayevin qərarını anlamadığını deyib:

“Anlayıram, o, “Trabzonspor”a getməklə oyun təcrübəsi qazanmaq istəyirdi. Amma məndə olan məlumata görə, orada da oynamır. Görünür, Ramil əslində, onun nəyə qadir olduğunu bilməyən insanlarla çalışır. Məndə elə təəssürat yaranır ki, Şeydayevin bu seçimində maliyyə məsələsi əsas rol oynayıb. Bunun başqa izahı yoxdur. Çünki “Zenit”də onun üçün hər şey normal idi. Belə axmaq qərar qəbul etməməli idi. “Trabzonspor”da oynamırsa, deməli, geri gedir, yaş da yerində dayanmır. Növbəti addım hansısa Azərbaycan klubuna keçmək olacaq”.

Boris Rapoport Ramilin onlardan uzaqlaşdığını da vurğulayıb:

“Şeydayev yeni pasportla Rusiyaya qayıtsa, Premyer Liqada altı legioner sırasına düşmək üçün ciddi səviyyəyə malik olmalıdır. Bu da çox çətin məsələdir. Ramil Azərbaycan vətəndaşlığını qəbul etməklə özü hər şeyi korladı. Onun bu seçimini də anlaya bilmirəm. Çünki Azərbaycan yığması heç vaxt Avropada və ya dünyada böyük turnirlərin iştirakçısı olmayıb. Sadəcə, seçmə mərhələlərdə iştirak edən yığma komandanı seçməyin mənası nədir? Şeydayevə görə çox təəssüflənirəm. Çünki o, Rusiyanın gənclərdən ibarət yığmasının aparıcı qüvvəsi idi. Belə bir yetirməmizin olması qürurverici idi. Klubumuzda futbolun sirlərini öyrənib, hazırda başqa şəhərlərdə çıxış edən əksər yetirməmiz bizimlə əlaqə saxlayır. Təəccüblüdür ki, Ramil bizimlə əlaqəni kəsib. Axı o, bizim məktəbdə 6 il futbolla məşğul olub. Onun bu laqeydliyinin səbəbini anlamıram”.

Aygün
Yenicağ.Az

www.yenicag.az

565
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv