!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Boşananların sayı açıqlandı

!Reklam – Yazi

32653_srcAzərbaycanda dağılan ailələrin sayı açıqlanıb.

Ötən il dekabr ayının 1-nə olan vəziyyətə görə, Azərbaycanda 11 min nəfər boşanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən 78,5 min nikah halı qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 9,1, boşanmaların sayı isə 1,3 olub. Ailəyə müqəddəs ocaq kimi baxan azərbaycanlıların qurduqları isti yuvanı çox keçməmiş dağıtması ölkəmizdə ənənəvi ailə təsisatının böhran vəziyyətinə düşməsindən xəbər verir. Reallıq göstərir ki, ailə qurmazdan öncə “yüz ölçüb bir biçən” cütlüklər boşanma qərarı verərkən çox vaxt nikahlarından dünyaya gələn uşaqları belə düşünümürlər.

Ekspertlər isə artıq cəmiyyətimiz üçün uşağın belə ailəni mühafizə edən bir varlıq kimi qüvvədən düşməsini əsl təhlükə hesab edirlər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik Araşdırmalar və İnformasiya şöbəsinin müdiri Elgün Səfərov Movqe.az-a bildirib ki, ötən illərlə müqayisədə Azərbaycanda boşanmaların sayının azaldığını deyir. Onun sözlərinə görə, 2012-ci ildə bu rəqəm 11 min 400, 2013-cü ildə isə 11 min 700 olub:
“Ötən il isə bu statistika 11 min 52-ə enib. Buna səbəb aparılan maarifləndirmə işlərinin nəticə verməsi, məişət zorakılığı hallarının azalması ilə bağlıdır”.

E. Səfərovun sözlərinə görə, erkən nikahların azalması, əhalinin savadlanması da ailələrin dağılmasının qarşısını alan faktor kimi çıxış edir. Səbəblərə gəlincə, Komitə səlahiyyətlisi bu gün Azərbaycanda boşanmalara internetin təsirinin bir nömrəli səbəb olduğu fikrindədir:

“Ailələrdə kişilərin başçı kimi statusunun zəifləməsi artıq ikinci plana keçib. Hazırda aztəminatlı ailələrə yardımlar edilir, işlə təmin edilərək kişilərin evə qazanc gətirməsi ailə dağılmalarına səbəb olmur. Əsas səbəb sosial şəbəkələrdən aktiv istifadə edənlərin, ümimiyyətlə internet istifadəçiləri arasında yaş həddinin qalxmasıdır. Tutaq ki, əvvəllər aktiv internet istifadəçilərinin yaş həddi 25 yaş arasında idi ki, bu qrupa daha çox subaylar daxil idi. Hazırda isə aktiv internet istifadəçiləri atrasında yaş həddi 35-ə qalxıb. Bu isə o deməkdir ki, artıq ailəli şəxslər də aktiv internetdən istifadə edir, sosial şəbəkələrdə olurlar. Bu yaş həddində olan insanlar əvvəllər məsləhəti ağbirçəklərdən, ağsaqqallardan alırdılarsa, artıq məsləhətlərini forumlarda yazanlardan alırlar. Onların isə verdikləri məsləhətlər çox vaxt ailə dağılmalarına səbəb olur. Bu gün ailələrin dağılmasında internetin təsiri birmənalıdır. Bu hal nəinki ailələrdə ər-arvad münasibətlərinə, hətta uşaq-valideyn münasibətlərinə də təsir edir. Çox vaxt məsləhətləri sosial şəbəkələrdən alanlar intihar yolunu belə seçir”.

E. Səfərov çıxış yolunu maarifləndirmə işlərinin sürətləndirməsində gördüyünü bildirir.

www.yenicag.az

541
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv