Yazı İçi 468×60

images“Bosniyalı həmkarımla nəqliyyat, təhsil sahələri daxil olmaqla, bir sıra iqtisadi məsələləri müzakirə etdik”.

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bosniyalı həmkarı İqor Çrndakla Bakıda keçirilən mətbuat konfransında deyib.

Nazir həmkarını Dağlıq Qarabağ münaqişəsinə dair hazırki durumla bağlı məlumatlandırdığını deyib.

Məmmədyarovun sözlərinə görə, Bosniya və Herseqovina bu münaqişədə daima Azərbaycanı, onun ərazi bötüvlüyün dəstəkləyib: “Buna görə mən Azərbaycan xalqının və rəhbərliyin adından Bosniya və Herseqovinaya öz təşəkkürümü bildirirəm”.

İqor Çrndak da öz növbəsində qeyd edib ki, onun ölkəsi həmişə Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəkləyi dəstəkləyir: “Bu yaxınlarda bizim parlamentdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə qəbul olundu. Biz münaqişənin Azərbaycanın ərazi bötüvlüyü çərçivəsində həllinin tərəfdarıyıq”.

***

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı müzakirələr aparılıb.

Görüşdən sonra nazirlər mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandıracaq.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 15
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."