www.sinerjipro.net

SinerjiProWide
Reklam

Yenicag.az xəbər verir ki, Türkiyədə market işçisi olan 29 yaşındakı Mustafa Qala intihar edib. Məlumata görə, o, ayrıldığı nişanlısının barışıq təklifini rədd etdiyi üçün özüne asıb. Mustafa, intihar etmədən əvvəl boynuna asdığı iplə olan şəklini mobil telefonla nişanlısına göndərərək, “Əlvida” yazıb.

Şəkillə birgə “Bu halım gözündən önündən heç vaxt getməsin” sözlərini də əlavə edib. Nişanlısı isə ona inanmayaraq, “Boş boş danışırsan. Əlvida” sözlərini yazıb.

Qısa müddət sonra Mustafa Qala, evin bağçasında özünü asıb. Onu bu halda yaxınları aşkar edib. 4 gün xəstəxanada yaşam savaşı verən Mustafa dünyasını dəyişib.

Yaxınlarının verdiyi ifadəyə görə, gənc oğlan 2 il əvvəl də tüfənglə intihara cəhd etmişdi, lakin atasının müdaxiləsindən sonra xilas olub.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 168
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."