!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böyük bahalaşma başlayır

!Reklam – Yazi

bahalssGələn ildən etibarən Azərbaycanda kommunal xidmətlərin qiymətləri bahalaşa bilər

2016-cı ilin dövlət büdcəsinin gəlirlərində bu istiqamətdə daxilolmaların səviyyəsi ötən illə müqayisədə 30 milyon manat artıq göstərilir.

İqtisadçı ekspert Rəşad Həsənov şərhində büdcə sənədlərinə müraciət edib. Onun sözlərinə görə, gələn il hansısa formada kommunal xidmətlərin artırılması nəzərdə tutulur: “Digər bir nüans da ondan ibarətdir ki, maliyyə naziri Samir Şərifov parlamentdə çıxışında bildirmişdi ki, bir çox dövlət qurumları və yaxud dövlət mülkiyyətinə aid olan təşkilatlar borclarını, öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkirlər. Dövlət zəmanəti ilə götütürülmüş borcların geri qaytarılması yükü dövlət büdcəsinin üzərinə düşür. Bu məqam da ona gətirib çıxarır ki, dövlət zəmanəti ilə kredit götürən qurumlar bildirirdilər ki, onların qiymət siyasəti həyata keçirmək ixtiyarları yoxdur. Buna görə də bir çox hallarda onların fəaliyyəti gəlirsizdir. Bunun nəticəsində borcların geri qaytarılmasında problemlərlə üzləşirlər. Bütün bunları nəzərə alsaq ola bilsin ki, artıq hökumət bu qurumların borclarını ödəməkdən boyun qaçırmaq fikrindədir. Nəzərə alsaq ki, dövlət büdcəsinin icrasında ciddi azaldılmalara gedilir. Belə olduğu təqdirdə də borcların qaytarılmasının digər bir yolu borcların paylaşdırılması, yəni yükün vətəndaşların üzərinə qoyulması kimi dəyərləndirilə bilər”.

R.Həsənovun fikrincə, belə olduğu təqdirdə kommunal xidmətlərin qiymətlərinin artırılması ehtimalı artır: “O cümlədən, dövlət büdcəsinin layihəsinin hazırlanmasında digər bütün xərclərin mümkün qədər qənaətlə təsbit olunması, ancaq kommunal xidmətlərin qiymətlərinin artırılması onu göstərir ki, bu, bir neçə istiqamətdə bahalaşma həyata keçiriləcək. Düşünürəm ki, bununla bağlı təxminən dekabr, yanvar aylarında Tarif Şurası bu qərarları verməlidir. Çünki böyük ehtimalla xidmətlərin yanvar ayından bahalaşdırılması nəzərdə tutulur”.

Milli istilik təchizatı operatoru “Azəristiliktəchizat” ASC hökumətə öz iqtisadi hesabatını təqdim edib. Qurumun xidmət şöbəsinin rəhbəri Rafiq Əliyev mətbuata bildirib ki, hesabatda təşkilatın iqtisadi vəziyyətinin qeyri-səmərəli olmasına dair informasiya açıq şəkildə təqdim edilib.
“Artıq bir neçə ildir “Azəristiliktəchizat” Tarif Şurasına qiymətlərin qaldırılmasına dair müraciət edir. Belə ki, təşkilatda suyun 1 kubmetri 1 manata alınır, amma əhaliyə qaynadılıb 0,4 manata satılır”, – R.Əliyev bildirib.

Onun sözlərinə görə, hökumət cari qeyri-tarazlıqdan xəbərdardır, və “Azəristiliktəchizat” ASC yenidən təklif hazırlamaq və qiymətlərin artırılması üçün hökumətə müraciət etmək niyyətindədir.
Bu günlərdə parlament büdcə dinləmələrində Azərbaycanın maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycan hökuməti milli iqtisadiyyatın kommunal sahəsində mövcud olan əsas qeyri-sabitliyi aşkar edib:

“”Azəristiliktəchizat”ın qiymətləri çox aşağıdır. Bu qiymətlər su-kanalizasiya operatoru “Azərsu”dan alınan soyuq suyun qiymətindən də ucuzdur. İstilik təchizatı operatoru “Azəristiliktəchizat” ASC onun normal iqtisadi fəaliyyəti üçün yetərli deyil”(Bizimyol.info)

www.yenicag.az

593
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv