www.sinerjipro.net

SinerjiProWide
Reklam

10967698_10205049776716842_1977376054_n

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edilib. Mərkəzi Bank bildirir ki bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib. Ən çox narahat doğuran məsələlərdən biri də istehlak bazarında bahalaşmanın gözlənilməsidir. Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu tendensiyadan sonra istehlak bazarında 2 rəqəmli inflasiya gözlənilir:”Ərzaq inflyasiyası 20-25% civarında olacaq”.

İqtisadçı alim Azər Mehtiyev isə hesab edir ki, bu addım mütləq qiymətlərin qalxmasına gətirib çıxaracaq. “Çünki ölkədə istehlak olunan malların əksər hissəsi, habelə ölkədə istehsal edilən maəhsulların üçün zəruri xammal və materiallar xaricdən alındığından dolların kursunun qalxması qiymətləri qrtıracaq. Qiymət artımı artıq bazarlarda baş verməkdədir. İlin sonunadək biz 20 faizdən az olmayan bir qiymət artımını müşahidə edəcəyik”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 72
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."