www.sinerjipro.net

SinerjiProWide
Reklam

thumbs-b2-96b3f8fe316ea4df848a526fbba838daTürkiyənin Antalya şəhərində G20 (“böyük iyirmilik”) ölkələrinin liderlərinin iki gün (15-16 noyabr) davam edəcək sammiti öz işinə başlayır.

Sədrliyi Türkiyədə olan sammitdə qlobal iqtisadi məsələlər, terrorla mübarizə, qaçqınlara yardım müzakirə olunacaq.

Azərbaycan sammitə Türkiyə tərəfindən fəxri qonaq kimi dəvət olunub. Azərbaycan prezidenti İlham Əliyev və xanımı dünən Türkiyəyə gediblər.

Artıq ABŞ rezidenti Barak Obama da Antalyadadır. Fransa prezidenti Fransua Olland isə ölkəsindəki məlum faciəvi terror aktı ilə əlaqədar iştirakdan imtina edib.

Türkiyə isə öz növbəsində sammitin keçiriləcəyi dövrdə təhlükəsizliyin təmin olunmasına 1,4 min yol polisi və 12 min polis əməkdaşı cəlb edib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 150
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."