“Böyük İpək Yolu” BGİ-nin növbəti iclası Bakıda keçirildi-Foto

Müəllif: Redaktor

Editor

ipek_yolu_iclas_071115_01Noyabrın 5-dən 7-dək Bakıda “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının İdarə Heyətinin növbəti iclası keçirilib.

İclasda Azərbaycan, Misir, Macarıstan, Qazaxıstan, Çin, Hindistan, Mərakeş, Türkiyə, Yunanıstan, Gürcüstan, ümumilikdə 10 ölkədən İdarə Heyətinin üzvləri iştirak ediblər.

İdarə Heyətinin üzvləri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşüblər. Görüşdə Ə.Həsənov Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqına üzv gəncləri salamlayaraq onlara öz təşəkkürünü bildirib. Onları maraqlandıran sualları cavanladırmağa hazır olduğunu vurğulayıb.

Daha sonra Ə.Həsənov mədəniyyətlərarası dialoqun inkişafında “Böyük İpək Yolu” BGİ-nin uğurlu fəaliyyətini yüksək qiymətləndirirək təşkilatın daha da genişləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, təşkilat üzvlərinin sayının artırılaraq hər ölkədən bir deyil, bir neçə gənclər təşkilatının cəlb edilməsi daha məqsədəuyğundur: “Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Ölkə Prezidenti gənclər və idman sahəsinə xüsusi önəm verir. Çünki gəncliyini düşünməyən xalqın perspektivi ola bilməz. Dövlətimiz çalışır ki, gənclərimiz daha sağlam, savadlı,intellektual və kreativ istiqamətlərdə inkişaf etsinlər. Bu sahədə fəaliyyət göstərən təşkilatların qarşısında duran əsas məsələ isə gənclərə dəstək olmaqdır. Müxtəlif dinləri və mədəniyyətləri bir araya gətirmək, hər bir xalqın mədəniyyətində gözəl keyfiyyətləri, müsbət cəhətləri təbliğ etmək lazımdır. Sizə bu yolda uğurlar arzulayıram. Ümid edirəm ki, Azərbaycandan ən yaxşı nümunələri götürəcək, ölkəmizdən dost olaraq ayrılacaqsınız.”

“Böyük İpək yolu” BGİ-nin sədri Fuad Muradov Ə.Həsənova qəbul üçün təşəkkürünü bildirib, Bakıda başlayan “Böyük İpək Yolu” BGİ-nin İdarə Heyətinin növbəti iclası haqqında geniş məlumat verib.

F.Muradov qeyd edib ki, İttifaq üzvləri Bakı, Astana, İstanbul, Budapeşt və Saloniki şəhərlərində İdarə heyətlərinin iclaslarını keçiriblər. İttifaqın gördüyü işlər haqqında məlumat verən F.Muradov onuda əlavə edib ki, Təşkilatın “Gənc şairələrin beynəlxalq forumu” Şərq Tərəfdaşlığı ölkələri arasında ən yaxşı mədəniyyətlərarası layihə mükafatına layiq görülüb.
İdarə Heyətinin Bakıda keçirilən iclasında təşkilatın illik hesabatı dinlənilib. Eyni zamanda yeni loqo və brend-book təqdim edilib və İdarə Heyəti tərəfindən təsdiqlənib. Görüşdə 2016-cı ilin fəaliyyət proqramı müzakirə edilib.

İttifaqın gördüyü işlər barədə iştirakçılara slayd nümayiş etdirilib. Müzakirələrdə “Böyük İpək yolu”nun növbəti Forumunun keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, əsas məqsədi İpək Yolu üzərində yerləşən ölkələr arasında mədəniyyətlərarası dialoqun yaradılmasına və inkişafına töhfə vermək üçün gənclər arasında tolerantlığı, qarşılıqlı anlaşmanı inkişaf etdirmək olan İttifaqa 32 ölkədən üzv təşkilat daxildir(trend).


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir