!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Böyük şirkətin vitse-prezidenti intihar etdi

!Reklam – Yazi

Boyuk_shirket1472205496Cənubi Koreyanın nəhəng konqlomeratı “Lotte Group”un vitse-prezidenti Li İn-Vonun bu gün səhər saatlarında meyiti tapılıb. Onun meyitini Seulun 50 kilometr şərqindəki kənd yerində yoldan keçənlər görüblər.

Polisdən bildirildiyinə görə, o, özünü qalstuku ilə asıb. 69 yaşlı Li İn-Von şirkətə qarşı başladılan korrupsiya araşdırması üzrə bu gün izahat verməyə getməli idi.

İyul ayında “Lotte”nn yaradıcısı 73 yaşlı Sin Yun-Yanın böyük qızı şirkətin vəsaitini israfçılıqda və fırıldaqçılıqda şübhəli bilinərək saxlanılıb.

Li İn-Von Sin ailəsinə daxil olmasa da, şirətin ən nüfuzlu rəhbərlərindən biridir. O, “Lotte”də 1973-cü ildən işləməyə başlayıb.

“Lotte Group” üçün son illər kifayət qədər ağır keçib. Şirkətin yaradıcısı və onun böyük qardaşı konsernin direktorlar şurasındakı yerlərini kiçik oğlu Sin Donbina ilə münaqişəyə görə itiriblər.(modern)

www.yenicag.az

546
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv