www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Türkiyə Universitetlərinin Məzunları” İctimai Birliyi “Böyük Tələbə layihəsi – 25” adlı tədbir keçirəcək.

Bu barədə Yenicag.az-a “Türkiyə Universitetlərinin Məzunları” İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov məlumat verib.

O, deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra müxtəlif xarici ölkələrə çoxlu sayda sayda tələbə göndərib.

Burada qardaş Türkiyənin üstünlüyü daha çoxdur. Bununla bağlı olaraq, Azərbaycan və Türkiyə təhsil nazirlərinin imzaladığı müqaviləyə əsasən, 1992-ci ilin noyabrında ali təhsil almaq üçün Azərbaycan Türkiyəyə 929 tələbə göndərib. Bu mühüm hadisənin də 25 ili tamam olur. Tədbirin keçirilməsində əsas məqsəd həmin günlərin xatırlanması, tələbə gənclərlə yenidən görüşün təşkil edilməsidir. Tədbirdə Azərbaycan və Türkiyənin dövlət və hökumət nümayəndələri, hər iki ölkəni təmsil edən tanınmış sənət adamları, ictimai xadimlər və media nümayəndələri iştirak edəcək.

Qeyd edək ki, 17 noyabr – Milli Dirçəliş Günü və TUMİB-in yaranmasının 17-ci ilinə həsr olunmuş gecə Hyatt Regency Otelində keçiriləcək.
Tədbirin informasiya dəstəkçisi Yenicag.az saytıdır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1629
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."