!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BQXK Ermənistana keçən azərbaycanlıya baş çəkdi

!Reklam – Yazi

tovuz qadin ermenistanAzərbaycan vətəndaşının Ermənistan ərazisinə keçməsi faktı təsdiqlənib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, bu gün təmsil etdiyi qurumun nümayəndələri iyunun 7-də beynəlxalq sərhədi keçərək Ermənistan ərazisinə daxil olan şəxsə baş çəkiblər.

İ. Hüseynova əlavə edib ki, BQXK-nin münaqişə nəticəsində saxlanılan şəxslərə baş çəkmə, onların ailə üzvləri ilə əlaqə saxlamalarına yardımçı olma, onların saxlanma şəraitinin və onlarla rəftarı monitorinq etmək mandatı var. BQXK tərəflərin müraciəti olduqda və şəxs özü arzusunu bildirdikdə təşkilat onun geri qaytarılmasında neytralı vasitəçi ola bilər.
Qeyd edək ki, Ermənistan mətbuatı Azərbaycanın Tovuz rayonunun Yanıqlı kənd sakini, 1977-ci il təvəllüdlü Zöhrə Vardzar qızı Vəliyevanın Ermənistana keçməsi barədə məlumat yayıb. Bu barədə Ermənistanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar işçi qrupunun rəhbəri Armen Kaprielyan bildirib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin İrəvan nümayəndəliyi Zöhrə Vardzar qızı Vəliyevanın erməni tərəfinə keçməsi barədə məlumatlandırılıb.

www.yenicag.az

669
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv