!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Brexit” başladı - Rəsmi

!Reklam – Yazi

Böyük Britaniyanın Baş naziri Tereza Mey ölkənin Aİ-nin tərkibindən çıxmasının formal prosedurunun başlaması barədə Avropa İttifaqının rəhbərliyini məlumatlandırıb.

Artıq Böyük Britaniyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Tim Barrou Baş nazirin xəbərdarlıq məktubunu Avropa Şurasının başçısı Donald Tuska təqdim edib.

Xəbərdarlıq Avropa İttifaqı barədə Lissabon sazişinin 50-ci bəndinə uyğun olaraq təqdim edilib. Beləliklə, Böyük Britaniya Aİ-ni 2019-cu il martın 29-da tərk etməlidir.

Qeyd edək ki, Avropa İttifaqının tərkibindən çıxmaq barədə qərar britaniyalılar tərəfindən 2016-cı il iyunun 23-də qəbul edilib. London və Brüssel arasında danışıqlar may ayından tez olmayaraq başlayacaq.

Yeniçağ.az

www.yenicag.az

695
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv