!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Brexit" Britaniya Krallığını dağıdacaqmı? - Ekspertlərin rəyi

!Reklam – Yazi

“Əslində səhv etmirəmsə 3 il bundan öncə referendum keçirildi. Şotlandiya Britaniyanın tərkibində qalmağa qərar verdi”

Bu sözləri Yeniçağ.az-a şotlandların Birləşmiş Krallığın tərkibindən çıxmasını şərh edərkən millət vəkili Asim Mollazadə deyib.

Asim Mollazadə ile ilgili görsel sonucuMillət vəkili bildirib ki, şotlandların Avropa İttifaqından çıxmasına dair istənilən yeni qərarlarla bağlı təkrar referendum keçirilməlidir:

“Əhali isə öz fikrini bildirməlidir. Fikrimcə, bu məsələ uzun müddət müzakirə olunacaq. Bu, birinci dəfə deyil, dəfələrlə belə cəhdlər olunub, referendumda şotlandlar Britaniyadan ayrılmaq istəyində məğlub olublar. Bu məslədə referendum mütləqdir. Düşünmürəm ki, referendumun keçirilməsi yenidən gündəmə gəlsin”.

Politoloq Zərdüşt Əlizadə qeyd edib ki, bu fikir çoxdan səsləndirilib:

Zərdüşt Əlizadə ile ilgili görsel sonucu“Biri var istək, biri də var gərçəklik imkanları. Şotlandiya bir dəfə səsvermə keçirib, ancaq istədikləri səsi toplaya bilmədi. İndi də yenidən məsələni qaldırıb, 500 min səsdən istifadə etmək istəyirlər. Ancaq bu, çox müşkül məsələdir. Ola bilsin alınar, ola bilsin də alınmadı. Hər halda Britaniya hakimiyyəti Avropadan çıxmaq məsələsində yekdildirlər. Əksəriyyəti çıxmasını istəyir. Şotlandiyanın çıxıb-çıxmaması siyasi hadisələrin inkişafından asılıdır. Referendumun yenidən keçirilməsi də çətin məsələdir. Ehtimal çox azdır”.

Politoloq Qabil Hüseynlinin fikrincə, şotlandlar bu məsələdə axıra qədər gedəcəklər:

Qabil Hüseynli ile ilgili görsel sonucu“Avropa İttifaqı İngiltərəni Brexitdən çıxmaq qərarından döndərə bilməsə, o zaman özləri referendum keçirib, Böyük Britaniyanın tərkibindən çıxacaqlar. Amma bu ehtimal onun üçündür ki, şotlandların bu hərəkəti Avropa İttifaqından çıxmaq məsələsində tərəddüdlərə gətirib çıxarır. Əgər şotlandlar iddialarından dönməsələr, İngiltərəni səsverməyə məcbur edə bilərlər. Bu səsvermə də İngiltərəni Aİ-da saxlaya bilər. Çünki indiki şərait ona diktə edir”.

Qeyd edək ki, Şotlandiya Britaniyanın qarşısına şərt qoyub. Bildirilib ki, London Avropa İttifaqına qayıtmasa, şotlandlar Birləşmiş Krallığın tərkibindən çıxacaqlar.

 

Gülnarə Eynullaqızı
Yeniçağ.az

www.yenicag.az

626
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv