Brilliant bacısının evlilik proqramına çıxmasından danışdı

Müəllif: Redaktor

Editor

asdaaa2Xalq artisti Brilliant Dadaşovanın bacısı, Rafael Dadaşovun keçmiş həyat yoldaşı Sədaqət Dadaşovanın Türkiyənin “Fox” telekanalında yayımlanan “Zuhal Topalla İzdivac” proqramına qatılması gündəmin əsas xəbərlərindən biridir.

Bu hadisə sosial şəbəkələrdə böyük əks-səda doğuraraq müzakirə mövzusuna çevrilməkdədir. Dadaşovanın qızı anasını dəstəkləsə də, aktyor R. Dadaşov keçmiş həyat yoldaşının proqrama qatılmasında B.Dadaşovanı ittiham edib. O, bildirib ki, Sədaqəti Türkiyəyə bacısı Brilliant Dadaşova göndərib.

Məsələdə adı hallanan xalq artisti Brilliant Dadaşova isə şəxsən bu barədə susmağa üstünlük verib. Hazırda Türkiyədə olan sənətkar sükutunu pozub.

Yenicag.az xəbər verir ki, İstanbulda olan müğənni Primetime.az saytına açıqlamasında söhbətlərdən təngə gəldiyini deyib: “Ailə qurmaq ayıb deyil, təklik Allaha məxsusdur. 20 ildir ailəsi dağılan xanımın da yuva qurmaq haqqı var. İnsanın yaşlı vaxtında yanında yoldaşı olmalıdır. O niyə evində tək ölməlidir ki?!”. Xalq artisti bu məsələdə onun adını hallandıranlara da üz tutub: “Başa düşmürəm, axmaq insanlar məndən nə istəyir? Onların özünü araşdırsan nə qədər çirkab tapmaq olar. Öz gözlərində tiri görmürlər, başqasının gözündə tük axtarırlar. Mənim səviyyəmi endirməyin!Səviyyəsiz insanlara hesabat vermək fikrim yoxdur. Mədəni insanlar hər şeyi olduğu kimi başa düşür. Söz-söhbət axtaran insanlar da öz işləri ilə məşğul olsunlar. Ayıb başqa şeylərdir, gedib onunla məşğul olsunlar. Ad-san qazanan insanlar, ordenli adamlar ayıb işlər görür. Mən bu söhbətlərdə adımın hallanmasını istəmirəm”.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir