Britaniyalı arvadını eBay-da satışa çıxarıb – Foto

Müəllif: Redaktor

Editor

 

PAY-JOKER-LISTS-UNSYMPATHETIC-WIFE-WITH-DECENT-Böyük Britaniyanın Ueykfild şəhər sakini həyat yoldaşının eBay-da satışa çıxarılması barədə elan yerləşdirib.

“The Daily Mirror” nəşrinin məlumatına görə, 33 yaşlı Coker Saymon O`Keyn elanda xəstə olduğu zaman arvadının ona lazımi qayğı göstərmədiyini yazıb. İki uşaq atası həyat yoldaşının müsbət cəhətləri kimi bədən quruluşunu və yemək bişirmək bacarıqlarını göstərib.

Nəşr qeyd edir ki, O`Keyn elan yerləşdirilməsindən iki gündən sonra hərrac iştirakçılarının onun arvadına görə 65 min funt sterlinq (təxminən 86 min dollar) verməyə hazır olduğunu görəndə çox təəcüblənib.

27 yaşlı Leandra ərinin bu hərəkəti haqda həmkarlarından öyrənib.

“Mən onu öldürmək istədim. Saymon məni sadəcə satışa çıxarmayıb, o, elana mənim ən pis fotoşəklimi yükləyib”, – britaniyalı qadın deyib.(oxu)



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır