!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BTC-dən Neft Fonduna çatmalı olan gəlir niyə SOCAR-a verildi?

!Reklam – Yazi

btcAzərbaycan Respublikası Dövlət Neft Fondunun(ARDNF) gəlir-xərclərinə dair statistikaya nəzər yetirdikdə, “Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividentlər” adlı gəlir mənbəyi ilə bağlı məqam diqqəti cəlb edir.

Belə ki, 2008-ci ildə bu mənbə üzrə Fonda 97,2 milyon manat, 2009-cu ildə 156,8 milyon manat, 2010-cu ildə 158,7 milyon manat, 2011-ci ildə 66,8 milyon manat daxil olub. 2012-ci ildən etibarən isə Fondun gəlirləri sırasında bu mənbəyə rast gəlinmir.

Bununla bağlı Yeniçağ.Az-ın sorğusuna ARDNF-dən verilən məlumata görə, səbəb həmin mənbədən gəlirlərin SOCAR-a verilməsidir:

“Bildiyiniz kimi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) BTC layihəsində iştirak etmək məqsədi ilə “AzBTC Co.” törəmə şirkətini yaratmışdır. Bu şirkət layihənin iştirakçıları olan neft şirkətlərinin konsorsiumu tərəfindən yaradılmış “BTC Company” şirkətində 25%-lik paya malikdir. “AzBTC Co.” şirkəti daxil olmaqla, layihənin bütün iştirakçıları layihənin dəyərinin 30%-lik hissəsini öz vəsaitləri hesabına, qalan 70%-lik hissəsini isə beynəlxalq maliyyə institutlarından, ixrac kredit agentliklərindən və kommersiya banklarından cəlb edilmiş kredit vəsaitləri hesabına maliyyələşdirirlər. Azərbaycan dövləti adından Azərbaycan “BTC Co.” şirkətindəki 80%-lik payın təmsilçisi kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi (İN) çıxış edib. Bu payın maliyyələşdirilməsi Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən həyata keçirilmişdir. 20%-lik pay isə SOCAR tərəfindən maliyyələşdirilib. BTC layihəsində Azərbaycan Respublikasının iştirakının təmin edilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi, o cümlədən ölkənin iştirak payının maliyyələşdirilməsi ilə bağlı məsələlər “Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 iyul 2002-ci il tarixli Fərmanı ilə tənzimlənir.

2002-2006-cı illər ərzində Dövlət Neft Fondu tərəfindən layihənin maliyyəşdirilməsi həyata keçirilmişdir və həmin illər üzrə 312,6 mln. ABŞ dolları məbləğində vəsait xərclənmişdir. 2008-ci ildən etibarən Dövlət Neft Fondu həmin layihə üzrə dividendlər qazanıb və 2008-2011-ci illər ərzində Fonda 597,2 mln. ABŞ dolları məbləğində vəsait daxil olub.

Nəticədə, Fond tərəfindən layihəyə qoyulan investisiyaların geri qaytarılması tam təmin edildiyindən Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2011-ci il tarixli 476 saylı Fərmanı ilə Fondun fəaliyyətini tənzimləyən hüquqi sənədlərdə edilmiş dəyişikliklərə əsasən, Azərbaycan “BTC Co.” şirkətindəki 80%-lik payın hüquqi sahibliyi SOCAR-a keçmişdir.”

 

Dünya Sakit
Yenicağ.Az

www.yenicag.az

540
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv