!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu arzularımız həyata keçmədi” – Rəşad Məcid

!Reklam – Yazi

12046577_10206768682352379_4631309372296487012_n“Yeni mediadan bir balaca narazılığımız var”

Bu gün “525-ci qəzet”in fəaliyyətə başlamasından 23 il ötür. Bu müddət ərzində  bir sıra digər mətbu orqanlar kimi “525-ci qəzet”də müəyyən uğurlara imza atıb. Yenicag.az saytı olaraq qəzetin baş redaktoru Rəşad Məcidlə müsahibəmizdə ad gününü qeyd edən  mətbu orqanın keçən günlərinə bir nəzər saldıq.

– Artıq 23 ildir ki, fəaliyyətdəsiniz, bu dövr ərzində qarşıya qoyduğunuz hansı məqsədlərə nail oldunuz, hansılarına isə nail ola bilmədiniz?

– Nail olduğumuz hər halda gördüyümüz işlərdir.  23 yaşına gəlib çatan mediaya  Azərbaycanda tez-tez rast gəlinmir.  Cəmiyyətdəki reaksiyalardan da görünür ki, bu ilər ərzində boş yerə əziyyət çəkməmişik.  Amma arzularımız var idi ki, daha qalın həcmdə qəzet çıxaraq.  İstəyərdim ki, Azərbaycanda 100 səhifəlik və rəngli qəzetlər çıxsın. Lakin bu arzularımız  obyektiv və subyektiv səbəblərdən həyata keçmədi.

– Bu dövr ərzində qəzetinizdə nə qədər mətbuat işçisi çalışıb?

– “525-ci qəzet”i həmişə jurnalist məktəbi adlandırıblar.  Azərbaycanda onlarla, bəlkə də yüzlərlə jurnalist var ki, ilk təcrübəsini məhz  “525-ci qəzet”də keçiriblər.  Artıq isə onlar ölkənin məhşur media işçiləri sırasındadır, ölkənin  müxtəlif  media qurumlarına rəhbərlik edirlər. Hətta bəziləri müxtəlif dövlət qurumlarında da çalışır. Elə bilirəm ki, bu da böyük bir işdir.

12039230_10206768633991170_3698466393224047711_n–  Vaxtilə qəzetinizdə çalışan hansı jurnalistin sonradan getməsindən təəssüflənmisiniz?

– Elə təəssüfləndiyim olmayıb. Ona görə ki, “525-ci qəzet”dən gedənlər adətən ya dövlət işlərinə, ya da elektron KİV-lərdə çalışmağa gediblər. Bunun da qarşısını almaq istəməmişik.  Onlara da həmişə uğurlar arzulamışıq.  Amma unudulmaz jurnalistlərimiz də olub.  Bir-bir onların adlarını çəkmək istəmirəm. Çünki, həddindən çoxdurlar.  İndi də qəzetimizin ad günlərində həmişə bizləri yada salır,  özlərini “525-ci” hesab edirlər.

– Bu günkü gün üçün jurnalistikanın mövqeyi və vəziyyəti sizin fikrincə necədir?  

– İndi yeni bir media yaranıb. İnternetin mövcud olduğu şəraitdə mediaya qarşı hər hansı basqı və yaxud hər hansı çərçivədən söhbət  gedə bilməz. Təəssüf ki, belə bir şəraitdə də mediadan uzaq olan adamlar bu sahə ilə məşğul olmaq fikrinə düşüb.  Nəhayətdə bu medianın özünün sanballığını,  dəyərini, etibarlılığını azaldır.  Bu mənada yeni mediadan bir balaca narazılığımız var.

– Bir çoxları kimi daha da irəli gedərək internet TV yaratmaq niyyətiniz varmı?

– Onu deyim ki, ölkədəki qəzetlər içərisində “525-ci” sayt ən qədim saytlardandır.  Vaxtilə  qəzetin elektron versiyasını hazırlamağa ilk olaraq biz başlamışıq.  Bu günkü yeni media əlbəttə ki, hər bir hadisədən xəbər düzəltməyə çalışan, çox zaman da bunu uyduran media bizim düşüncələrimizdə olan media deyil. Ona görə də yəqin ki, heç zaman o cür saytlar yaratmayacağıq”.

Elçin/Yenicag.az

Aqil Ələsgər və Yenicag.az kollektivi Rəşad Məcid və “525-çi”ləri təbrik edir.

www.yenicag.az

866
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv