634756_465109Ləğv olunan avtobusların yerinə yeni marşrut avtobusları istifadəyə verilə bilər.

Marşrut avtobuslarının istiqamətlərində edilən dəyişikliklər həmin ərazidə yaşayan sakinlərin narazılığına səbəb olur. Narazılığa səəbəb isə Nəsimi rayonu 4- cü mikrorayon 20 yanvar küçəsindən 57 və 16 saylı avtobusların artıq həmin ərazidən keçməməsidir. Sakinlər bildirir ki marşrut xəttlərində edilən dəyişikliklər səbəbindən əvvəlkindən qat-qat artıq xərc çıxır.

Məsələyə münasibət bildirən ekspert Azər Allahverənovun fikrincə şəhərin elə yerləri var ki insanlar əvvəllər də marşrut qıtlığından əziyyət çəkirdi. Marşrut istifadəyə verilən zaman həmin ərazidə yaşayan əhalinin sıxlığı mütləq nəzərə alınmalıdır. Bunun üçün sıx olan yerlərə avtobuslar daha çox xəttə buraxılmalıdır.

Nəqliyyat Nazirliyinin rəsmisi Şəfa Mehmanqızı isə elə düşünür ki, ehtiyac olmayan bəzi marşrut xətləri ləğv olunur. Elə ərazilərdə var ki, həqiqətən marşrut ayrılmasına ehtiyac var. Hələlik bu istiqamətdə işlər aparılır.

Nəqliyyat Nazirliyinin sözçüsü onu da qeyd etdi ki, yaxın müddət arzində 13 marşrut xətti istifadəyə veriləcək. Bu isə həmin çatışmazlıqların xeyli hissəsini aradan qaldıracaq(ans).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."