Bu avtobusların sayı artırılacaq

Müəllif: Redaktor

Editor

avtobus“2017-ci ildə express xətt marşrutlarının sayının artırılması nəzərdə tutulub”.

Bunu Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin 1 illiyi barədə məlumat verən agentliyin rəhbəri Vüsal Kərimli bildirib.

“Sərnişindaşıma sahəsində tətbiq edilən yeniliklərdən biri də ekspress xətt marşrutunun istifadəyə verilməsidir. Hazırda Bakı şəhərində 1 ekspress marşrut xətti fəaliyyət göstərir.Sərnişinlər bu marşrut xəttindəki ən müasir avtobuslarla Metronun “28 may” stansiyasından Hava limanına eləcə də əks istiqamətdə çox rahat şəkildə gedib gələ bilərlər. 2017-ci ildə express xətt marşrutlarının sayının artırılması nəzərdə tutulub”, deyə V.Kərimli vurğulayıb.

Onun sözlərinə görə, marşrut şəbəkəsinin optimallaşdırılması çərçivəsində 3 marşrut xətti ləğv edilib, 1 marşrut xətti bərpa edilib. V.Kərimli qeyd edib ki, sakinlər, həmçinin qurum və təşkilatlardan daxil olan müraciətlər əsasında sərnişin təlabatı nəzərə alınaraq 5 marşrutun xətti uzadılıb. Marşrutların təkrarlanma hallarının olmasına uyğun olaraq müvafiq sərəncamlarla 14 marşrut üzrə hərəkət sxemləri, 2 marşrut üzrə isə daşıyıcılar dəyişdirilib.

 

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır