!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu, aztəminatlı ailələrin təhsil almasına ciddi şəkildə mane olacaq” – Təhsil eksperti

!Reklam – Yazi

abiturient“Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il Fərmanı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilərək, əvəzində Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs yaradılmış oldu.

Neçə illərdir ki, TQDK dövlət tərəfindən maliyyələşdirilib. Lakin, 2017-ci ilin yanvarın 1-dən dövlət TQDK (DİM) işçilərinə maaş verməyəcək. Onlara sadəcə, 1 milyon pul ödəniləcək və bununla da Dövlət İmtahan Mərkəzi fəaliyyətə başlayacaq”.

Bu sözləri Yenicag.Az-a təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Apardığım araşdırma nəticəsində məlum oldu ki, fəaliyyəti dövründə dövlət icra orqanı olaraq, əvvəllər də dövlət büdcədən TQDK-ya ildə 7 milyon manata yaxın vəsait ayırırdı:

Kamran Əsədov ile ilgili görsel sonucu“Bunun təxminən 2 milyonu idarənin saxlanılmasına, qalan 5 milyonu isə imtahanların keçirilməsinə sərf olunurdu. Amma yeni yaradılan Dövlət İmtahan Mərkəzi dövlət tərəfindən maliyyələşdirilməyəcək. Nazirlər Kabinetinin təstiq etdiyi yeni əsasnaməyə görə, dövlət tərəfindən TQDK-ya sifariş verilən IX və XI siniflər üçün keçirilən buraxılış imtahanları pulsuz olacaq. İlkin olaraq DİM IX siniflər üçün “online” sınaq imtahanın qiymətində ciddi artım etdi. Belə ki, imtahan.az saytından qeydiyyatdan keçib, öz biliyini və hazırlıq səviyyəsini yoxlamaq istəyən məktəbli indi 7 manatından keçməli olacaq”.

Qeyd edim ki, keçən il sınaq imtahanına yazılış 3 manat (ƏDV daxil 3.54 azn) idi:

“Amma bu o demək deyil ki, TQDK-nın indiyə qədər keçirdiyi imtahanlar pulsuz olub. Hər il TQDK-a tərəfindən keçirilən 1 sınaq imtahanında iştirak etmək üçün iştirakçı 3 manat (ƏDV daxil 3.56 azn), qəbul imtahanında iştirak etmək üçün 2 manat (ƏDV daxil 2.36 azn) ödəməli olurdu. İştirak etdiyi imtahanın nəticəsini öyrənmək üçün isə abituriyent 0.26 azn-indən keçməli olurdu. Bu o deməkdir ki, qeyd olunan məbləğlər DİM tərəfindən ciddi şəkildə artırılacaq”.

Nəzərinizə çatdırmaq istəyirəm ki, 2016-cı ildə sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi barədə istifadə sayı 1757979 təşkil edib ki, bu xidmətdən istifadə haqqı 0.26 azn-dir.

Bundan əlavə, 2016-cı ildə Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə sənəd vermək istəyən abituriyentlər üçün elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulundan istifadə sayı 96249 olub ki, bu xidmətdən də istifadə haqqı 2.54 azn-dir. Başqa bir statistikaya nəzər salsaq görərik ki, 2016-cı ildə namizədlərin (abituriyentlərin, bakalavrların, rezidenturaya sənəd verənlərin) ərizələrinin onlayn qəbulunun istifadə sayı 286782 dəfə olub ki, bunun da xidmət haqqı 2.54 azn təşkil edir. Bakalavriat səviyyəsinə və orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün sınaq imtahanından istifadə sayı 2016-cı ildə 195879 olub ki, bu xidmətdən istifadə haqqı 3.56 azn-dir.

2016-cı ildə TQDK-nın bunlardan əlavə də xidmətləri olub ki, bu fəaliyyətdən əldə edilən gəliri hesablasaq görərik ki, DİM-in imtahanların qiymətlərinin artırmasına heç bir ehtiyac yoxdur.

Düzdür, hal-hazırda dünyada qəbul olunmuş İELTS, TOEFL, YÖS, SAT imtahanları da Azərbaycanda keçirilir və ödənişlidir:

“Bu imtahanlarda iştirak üçün ödənilən məbləğ TQDK-nın imtahan qiymətləri ilə müqayisədə çox yüksəkdir. Lakin burada bir məsələ var. Qeyd etdiyim imtahanların nəticələri beynəlxalq aləmdə ciddi şəkildə qəbul edilir və tanınır. Hesab edirəm ki, Tələbə Qəbulu üzrə Dövlət Komitəsi sınaq, qəbul imtahanlarında və jurnal, kitab- kitabçalarından kifayət qədər böyük məbləğ əldə edir və xidmət tariflərinin yüksəldilməsi günün tələbi deyil. Nə qədər ki, TQDK-nın imtahan nəticələri beynəlxalq nəticələr kimi qəbul edilmir, xidmət haqqı artırıla bilməz.Yəni imtahanda abituriyentə təqdim olunan 20 səhifəlik sual kitabçası və bir vərəqəlik cavab kartının hazır vəziyyətə gətirilməsi üçün 60-80 qəpik vəsait sərf olunur ki, bu da abituriyentin imtahanda iştirak etmək üçün ödədiyi 3.56 qəpiyin içərisindədir.

Azərbaycanda keçirilən bir neçə beynəlxalq imtahanlardan misal gətirim. TKT dil daşıyıcısı olmayan ingilis dili müəllimləri üçün peşəkar tədris, bilik və bacarıqları üzrə test imtahanıdır. Brits Konsul tərəfindən Bakıda keçirilən və beynəlxalq arenada ciddi qəbul edilən bu imtahan 100 manatdır. Bundan başqa Kanadadan tutmuş, Avstraliyaya qədər bütün dünya ölkələrinin ali təhsil müəssisələri tərəfindən nəticələri qəbul edilən SAT imtahanlarının qiyməti 100-150 manat, İELTS imtahanlarının qiyməti 225 manat, Türkiyənin ali məktəblərinə imtahanların qiyməti 50-60 dollardır. Amma qeyd etdiyim kimi bu imtahan nəticələrinin qüvvədəolma müddəti bir neçə ildir və bu imtahanların nəticələri bütün dünyanın istənilən ali təhsil müəssisəsi tərəfindən qeyri-şərtsiz tanınaraq qəbul edilir. Bütün hallarda TQDK (DİM) tərəfindən imtahanların xidmət haqqının qaldırılmasını müsbət addım kimi qiymətləndirmirəm və hesab edirəm ki, bu aztəminatlı ailələrin təhsil almasına ciddi şəkildə mane olacaq. Bu da Azərbaycan Respublikasının Konstitusiyasına və Təhsil Haqqında qanunun prinsiplərinə ziddir”.

Qeyd edək ki, TQDK-nın (DİM) rəsmi saytında yayılan məlumata əsasən, IX sinif şagirdinin sınaq imtahanında bir dəfə iştirak etməsi üçün 7 manat ödəniş etməlidir. Əvvəl isə bu, 3 manat idi.

Gülnarə Eynullaqızı
Yenicag.Az

www.yenicag.az

882
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv